2024-cü ilin avqustun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,5% artaraq 780,5 min olub.
Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 9,2% artaraq 49,9 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 2,2% artaraq 209,1 min təşkil edib.