"Qazprom" Ukrayna ərazisindən Avropaya qaz nəqlini dayandırıb

Rusiyanın "Qazprom" şirkəti tranzit sazişinin müddətinin bitməsi ilə əlaqədar Moskva vaxtı ilə saat 08:00-da Ukrayna ərazisindən Avropaya qaz nəqlini dayandırıb.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Holdinq Ukrayna ərazisindən resurs nəqli üçün texniki və hüquqi imkanlardan məhrum edilib.