
Parlamentari: Təkmil tərəfdaşlıq mexanizmi hər üç ölkənin maraqlarının təmini üçün zəmin yarada bilər
11:36 07.04.2025
Siyasət
628
Türkiyə-Azərbaycan-Gürcüstan parlamentləri arasında üçtərəfli əməkdaşlıq mexanizmi yaradılacaq.
Bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuşla gürcüstanlı həmkarı Şalva Papuaşvili arasında Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş görüşdə razılıq əldə olunub.
Bu istiqamətdə addım atılmalı olduğunu diqqətə çatdıran Qurtulmuş Türkiyənin sözügedən məsələ ilə bağlı ev sahibliyinə hazır olduğunu da bildirib.
Türkiyəli spiker həmçinin Gürcüstanın ərazi bütövlüyünə dəstəyini ifadə edib. O, Gürcüstanın ərazi bütövlüyünü təhdid edən problemlərin aradan qalxmasının regional sabitliyə töhfə verəcəyini qeyd edib.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov "Sherg.az"a söyləyib ki, Azərbaycan-Türkiyə-Gürcüstan arasında parlamentlərarası birgə əməkdaşlıq platformasının formalaşdırılması əslində digər sahələrdə yüksək səviyyədə olan əlaqələrin inkişafında yeni mərhələ ola bilər:

"Məlumdur ki, hər üç ölkənin Parlamentləri arasında onsuz da kifayət qədər yüksək əlaqələr mövcuddur. Lakin geosiyasi proseslərin gedişatı, həmçinin bölgədə güc nisbətinin dəyişməsi, maraqlar toqquşmasının fərqli müstəviyə meyillənməsi əvvəlki uğurlu əməkdaşlıqlar zəminində yeni konfiqurasiyanı labüd edir. Daşkənddə Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentləri arasında yeni əməkdaşlıq mexanizminin nəzərdən keçirilməsi də ilk növbədə məhz bu zərurətdən irəli gəlib. Təbii ki, belə bir razılaşma bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına köklü təsir edə, beynəlxalq hüququn ümumtanınmış normlarında əksini tapan prinsiplərə uyğun olaraq hər üç dövlət arasında əməkdaşlığın əhatə dairəsinin genişlənməsinə gətirib çıxara bilər".
Deputat əlavə edib ki, Azərbaycan-Türkiyə-Gürcüstan çoxsaylı beynəlxalq parlement təsisatlarında fəaliyyət göstərirlər:
"Həmçinin dövlətlər arasında yeni və daha təkmil tərəfdaşlıq mexanizmi qlobal müstəvidə hər üç ölkənin maraqlarının daha etibarlı təmini üçün zəmin yarada bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə
Çox təəssüf ki, İranda hər şeyi Pezeşkian həll etmir - Analitik
15:54 10.08.2026
Region
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb
15:29 10.08.2026
İqtisadiyyat
Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib -ŞƏRH
15:16 10.08.2026
Aktual
Rusiya Zaporojyeyə aviabomba ilə zərbə endirib: 13 nəfər yaralanıb
15:09 10.08.2026
Dünya
Rihanna Türkiyədə məhkəməni uddu
14:45 10.08.2026
Dünya
Afrikanın altında 660 min kubkilometrlik nəhəng su ehtiyatı var
14:24 10.08.2026
Aktual
Paşinyandan separatçılara: Niyə ölmürsünüz?
14:21 10.08.2026
Gündəm
Azərbaycanın İsveçrə və Niderlanddakı səfirləri geri çağırılıb
14:11 10.08.2026
Gündəm
Meloninin kreslosu təhlükədə: Anketlərdə gerilədi, yeni gediş etdi
14:10 10.08.2026
Dünya
Prezident Polşaya yeni səfir təyin edib
14:05 10.08.2026
Gündəm