
Regionda vəziyyət gərginləşir: İranın müdafiəsi üçün Çin və Rusiyadan istifadə edəck
11:54 07.04.2025
Region
434
Son illər ərzində dünya siyasi və iqtisadi arenasında böyük dəyişikliklər müşahidə edilir.
Xüsusilə ABŞ-nin xarici siyasətindəki sərt dəyişikliklər, İran və digər regional güclərlə olan gərgin münasibətlər, həmçinin qlobal iqtisadiyyatdakı qeyri-müəyyənliklər diqqət mərkəzindədir.
Trampın hakimiyyətə gəlməsi ilə ABŞ-nin İran siyasətində və iqtisadi strategiyalarında yeni mərhələnin başlandığı görünür. Bu vəziyyət, yalnız İranın deyil, eyni zamanda Çin, Rusiya və Türkiyə kimi böyük regional aktorların da maraqlarını əhatə edir. ABŞ-nin iqtisadi təzyiqlər və hərbi müdaxilələrlə dünyada öz təsir dairəsini genişləndirməsi, regionda və dünyada yeni bir geosiyasi gərginlik yaradır.
Politoloq Azad Məsiyev Sherg.az-a açıqlamasında İranın üzləşdiyi sanksiyalardan, Trampın xarici siyasətindən və qlobal iqtisadi vəziyyətdən söz açıb:

"İran başda ABŞ olmaqla Qərb koalisiyasının sanksiyalarına məruz qalan bir dövlətdir. İran İslam Respublikası ABŞ-nin və Qərbin dediyi ilə oturub-durmadığını görə təziq və təqiblərə məruz qalır.
Trampın hakimiyyətə gəlməsi ilə İrana qarşı sanksiyalar artmaqdadır. Hətta İranın obyektlərinin vuralacağı ilə əlaqədar Tramp hakimiyyətinin bəyanatlarını da eşitməkdəyik. Məqsəd rəsmi Tehranın nüvə silahı əldə etməsi deyil, məqsəd İranda hakimiyyət dəyişikliyi etmək, ABŞ -nin maraqlarına uyğun bir hakimiyyət qurmaqdır.
ABŞ İranı öz nəzarətinə keçirərsə, 3 istiqamətdə bundan istifadə edəcək. Birinci ABŞ-yə təhlükə yaradan amillərə qarşı İrandan istifadə etməkdir. ABŞ-yə təhlükə yaradan Çinin iqtisadi gücüdür. O, Çini iqtisadi cəhətdən zəyiflətmək üçün İranı öz nəzarətinə götürmək istəyir. Çünki İran, neftinin 70%-ni Çinə satır. İkinci ABŞ imperatorluğuna təhlükə yaradan Rusiyadır. Rusiyanın cənub cinahının bağlanması üçün rəsmi Vaşinqton İrandan istifadə etmək istəyir. Üçüncü məqsəd isə Türkiyənin regional gücdən qlobal gücə çevirlməsinin qarşısını almaq üçün İrandan gələcəkdə istifadə etməkdir. Çünki İran Türk dövlətlərinin mərkəzindədir.
Rəsmi Tehran Yaxın Şərqdə gedən proseslərə təsir etmək gücünə malikdir. İranın İsraillə də münasibəti kəskin həddədir. Trampın İsrailə olan simpatiyası da buna bariz nümunədir. Ümumilikdə İrana qarşı aparılan kəskin siyasət, ABŞ-nin etdiyi hədə-qorxular və hərbi müdaxilə rəsmi Tehranın da tərəfdaşlarının bir araya gəlib bu məsələni müzakirə etməsinə səbəb olur. İranın Çinlə, Rusiya ilə əməkdaşlığı bu dövlətlərin strateji maraqları çərçivəsindədir. İranda hakimiyyətin dəyişilməsində bu dövlətlər maraqlı deyil. İran da ona qarşı edilən təzyiq və təqibləri aradan qaldırmaq üçün adekvat addım atmaqdadır".
Politoloq regionda vəziyyətin getdikcə gərginləşdiyini bildirib:
"ABŞ-nin İran siyasəti məcbur edir ki, rəsmi Tehran Rusiya və Çinlə dialoqunu gücləndirsin. Prosesin gedişi onu göstərir ki, İrana hərbi müdaxilə edilə bilər. Amma İran ideoloji bir dövlətdir. Rəsmi Tehrandakı obyektləri vurmaqla hakimiyyəti dəyişmək qeyri-mümkündür. Hakimiyyətin dəyişməsi üçün mütləq şəkildə quru hərbi əməliyyatı həyata keçirməlidir ki, bu da ABŞ üçün böyük ziyan olar. Çünki Trampın hakimiyyətə gəlməsi ilə ABŞ öz xarici siyasətində yeni bir dönüş yaratdı. Bu da iqtisadi məsələlərlə bağlıdır. Bayden hakimiyyəti dünyada hərbi xaosa səbəb oldu. Hərbi xaos yaratmaqla ABŞ öz maraqlarını həyata keçirdi. Tramp isə iqtisadi xaos yaradaraq öz maraqlarını həyata keçirmək istəyir. Çünki Trampın 185 dövlətə tətbiq etdiyi iqtisadi tədbirlər, bu dövlətlərə idxal olunan mallara əlavə rüsumun tətbiq edilməsi onu göstərir ki, Tramp dünyada iqtisadi xaos yaradacaq. Təbiidir ki, İranı vurmaqla bu iqtisadi xaos daha da sürətlənə bilər. ABŞ-yə təhlükə yaradan Çinin iqtisadi gücüdür. Çinə 35% əlavə rüsum tətbiq etməklə iqtisadiyyatına zərbə vurmaq istəyir. Eyni zamanda Çin iqtisadiyyatını dirçəldən neftin 75%-ni İrandan alır. ABŞ üçün İran hədəfdir".
Ekspert sonda İranın özünü müdafiə etmək üçün Çin və Rusiyadan istifadə edəcəyini söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi: Rusiya və Çin İrana dəstək verir
22:13 05.03.2026
Dünya
Ərdoğan: İranın raket insidenti ilə bağlı lazımi xəbərdarlıq etdik
22:00 05.03.2026
Gündəm
Paşinyan TŞ-nin iclasını keçirdi
21:52 05.03.2026
Cənubi Qafqaz
Tramp: Zelenski Ukrayna üzrə sülh sazişinə maneə yaradır
21:41 05.03.2026
Dünya
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
21:25 05.03.2026
Rəsmi
Xameneinin oğlu lider seçilir - Trampdan inanılmaz reaksiya
20:50 05.03.2026
Dünya
Albaniyanın Baş naziri Naxçıvana hücumu pisləyib
20:42 05.03.2026
Siyasət
Fransa İran dronlarının Naxçıvan Hava Limanına hücumunu pisləyib
20:26 05.03.2026
Siyasət
Edqars Rinkeviçs İlham Əliyevə zəng edib
20:10 05.03.2026
Rəsmi
Sosial şəbəkə naminə həyatlarını riskə atırlar - EKSPERT
20:02 05.03.2026
Cəmiyyət
BƏƏ Prezidenti Azərbaycan liderinə zəng edib
19:58 05.03.2026
Rəsmi
Tokayev İranın Azərbaycana dron hücumlarını pisləyib
19:51 05.03.2026
Siyasət
Baş verən proseslər fonunda İran özü-özünü ifşa etdi - ŞƏRH
19:38 05.03.2026
Gündəm
Əraqçi Ceyhun Bayramova zəng edib
19:02 05.03.2026
Son dəqiqə