
İstanbulda keçiriləcək ABŞ-Rusiya görüşü Türkiyəyə yeni avantajlar qazandıracaq -ANALİZ
13:31 09.04.2025
Region
424
Rusiya və ABŞ nümayəndələri 10 aprel tarixində İstanbulda keçiriləcək görüş zamanı Ukraynadakı münaqişənin nizamlanmasını müzakirə etməyəcəklər.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Təmmi Bryus açıqlama verib.
“O gündəlikdə nə siyasi məsələlər, nə də təhlükəsizliklə bağlı məsələlər olacaq. Ukrayna ümumiyyətlə gündəmdə deyil”, – deyə Bryus bildirib.
Onun sözlərinə görə, görüş zamanı yalnız diplomatik nümayəndəliklərin – səfirliklərin fəaliyyəti ilə bağlı texniki məsələlər müzakirə olunacaq.
Politoloq Taleh Əliyev "Sherg.az"a söyləyib ki, Ağ Ev rəsmisinin açıqladığı məlumatdan da göründüyü kimi, İstanbulda keçiriləcək görüşün gündəliyi Rusiya-ABŞ deyil, sırf səfirlik və nümayəndəlik səviyyəsində olan texniki məsələlərin müzakirəsinə həsr edilmiş toplantıdır:

"İstanbulda ölkənin yüksək səviyyəli rəsmilərinin yox, diplomatik və müvafiq sahəyə cavabdeh olan qurumların nümayəndələri arasında alt görüş keçiriləcək. Bu müzakirələrdən böyük nəticələr gözləmək, Rusiya-ABŞ arasında ciddi fikir ayrılığı və ortaq məxrəcə gəlinməməsi kimi əsaslandırmaq doğru deyil. Çünki Ağ Ev rəsmisi öncədən görüşün formatı barəsində daha dolğun, müfəssəl məlumat verib. Ona görə də İstanbulda baş tutacaq fikir mübadiləsi Rusiya-ABŞ münasibətlərinin hazırkı və gələcək gedişatını müzakirə etmək və qiymətləndirilmək baxımından o qədər də önəmli deyil. Yəni səfirlik və nümayəndəlik səviyyəsində olan əməkdaşlığı özündə əks etdirən görüşdür".
Politoloqun sözlərinə görə, İstanbulda keçiriləcək görüş Türkiyə üçün yeni avantajlar qazandıracaq:
"Çünki hazırda ABŞ və Rusiyanın etimad göstərdiyi ölkələrin sayı o qədər də çox deyil. Bu kimi məsələləri müzakirə edəcək dövlətlərin az olduğu bir mərhələdə rəsmi Ankaraya ciddi inam və güvənc duyulur. Həmçinin bu gün Türkiyənin qazancı çox olmasa da, gələcəkdə dünyanın digər dövlətləri arasında, xüsusilə münaqişə və ziddiyətli ölkələrin əməkdaşlığı zamanı bu kimi danışıqlara ev sahibliyi etmək baxımından önəmli rol oynayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya