Hər üç ölümdən birinin səbəbi ürək-damar xəstəliyidir
18:56 29.09.2025
Sağlamlıq
393
Beynəlxalq tibb kollektivi aşkar edib ki, son 30 ildə ürək və damar xəstəlikləri ilə bağlı illik ölüm sayı 46% artaraq 1990-cı ildəki 13,1 milyon nəfərdən son illərdə 19,2 milyon nəfərə çatıb.
Nəticədə hazırda Yer üzündə baş verən hər üç ölüm halından birinin səbəbi ürək-damar xəstəlikləridir.
Modern.az-ın məlumatına görə, bu barədə Amerika Kardiologiya Kollegiyasının (ACC) mətbuat xidməti məlumat yayıb.
“Biz aşkar etdik ki, ürək və damar xəstəliklərinin inkişaf tezliyindəki fərqləri yalnız zəngin və kasıb ölkələr arasındakı gəlir fərqləri ilə izah etmək mümkün deyil. Üstəlik, bu xəstəliklərdən ölüm səviyyəsi inkişaf etməkdə olan ölkələrdə də əhali arasında yaş fərqləri nəzərə alınmaqla belə, anormal dərəcədə yüksək qalır. Bu isə xəstəliklərin lokal xüsusiyyətlərini nəzərə alaraq tədbirlər hazırlamağın vacibliyini göstərir”, - deyə Sietl şəhərindəki Sağlamlıq İnstitutunun professoru Qreqori Rot bildirib.
Alimlər bu nəticəyə “Global Burden of Disease” (GBD) qlobal səhiyyə layihəsi çərçivəsində hazırlanan növbəti hesabat zamanı gəliblər. Layihəni 1990-cı ildən Ümumdünya Səhiyyə Təşkilatı, IHME və “Bill & Melinda Gates” Fondu aparır. Məqsəd qlobal səhiyyəyə təsir edən trendləri öyrənməkdir. Ürək-damar xəstəliklərinin və ölüm hallarının səviyyəsində dəyişiklikləri qiymətləndirmək üçün tədqiqatçılar BMT-yə üzv 204 ölkədə 375 geniş yayılmış kardioloji pozuntunun statistikasını analiz ediblər.
Analiz göstərib ki, GBD layihəsi çərçivəsində aparılan müşahidələr başlayandan bəri ürək-damar xəstəlikləri ilə bağlı ölüm sayı 13,1 milyondan 19,2 milyona yüksəlib və bu, illik ölüm hallarının təxminən üçdə birini təşkil edir. Artımda əsas rol oynayan amillər planet sakinlərinin sürətlə yaşlanması, bir çox inkişaf etməkdə olan ölkələrdə hipertoniya hallarının artması və zərərli qidaların geniş istehlakıdır.
Alimlər həmçinin bildiriblər ki, havanın çirklənməsi ölümcül ürək-damar xəstəliklərinin inkişaf tezliyinə əhəmiyyətli təsir göstərir. Xüsusilə də Okeaniya ölkələrində birbaşa və ya dolayı yolla təxminən 4 milyon ölüm halı bu amillə bağlıdır. Bundan başqa, onlar qeyd ediblər ki, təbii mühitin qurğuşun birləşmələri ilə çirklənməsi Orta Asiya və Şimali Afrika ölkələrində kardioloji pozuntuların artmasında mühüm rol oynayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm