
Dizel yanacağının istehsalının artmasının səbəbi...-EKSPERT
09:58 03.12.2024
İqtisadiyyat
508
Dövlət Statistika Komitəsinin məlumatına görə, neft məhsullarından dizel yanacağının istehsalı 5,1 dəfə, sürtgü yağları istehsalı 13,3 faiz, neft bitumu istehsalı 2,7 faiz artıb. Dizel yanacağının istehsalının bu qədər artmasının səbəbi nədir?
Məsələ ilə bağlı Bakupost.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli dizel yanacağının istehalının artımına səbəbin Neftayırma Zavodunda yeni qurğuların işə düşməsi olduğunu bildirib.
"Uzun müddət idi ki, təmir gedirdi. İndi artıq iki yeni qurğu işə düşüb. Dizel yanacağının istehsalında yeni qurğuların istehsala başlaması ilə əlaqədar ciddi bir artım var", - o deyib.
Ekspert qeyd edib ki, digər tərəfdən, dizel yanacağına təkcə Azərbaycanda deyil, region ölkələrində də tələbat artıb:
"Ola bilər ki, Azərbaycanın dizel yanacağı ixrac üçün də nəzərdə tutulub. Artan tələbatı ödəmək üçün ölkə xam neftdənsə, daha çox dizel yanacağı ixracına üstünlük verir. Məsələn, qonşu Gürcüstanda Azərbaycan istehsalı olan dizel yanacağı satılır”.
Ekspert əlavə edib ki, ölkə daxilində də istehlak artıb. İşğaldan azad olunmuş bölgələrdə kənd təsərrüfatı və quruculuq işlərinin aparılması üçün dizel yanacağına böyük tələbat yaranıb:
"Ona görə də istehsalatın yenidən qurulması və artan tələbat fonunda istehsalın 5 dəfə artması heç də təəccüblü deyil".
Məsələni dəyərləndirən nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a bildirib ki, dizel yanacağının istehsalının artmasının səbəblərindən biri də Bakıda neft emalı zavodunun müəyyən bir hissəsinin yenidən qurulmasıdır:

“Zavodun sektorlarının istifadəyə verilməsi nəticəsində müəyyən işlər görülüb. Bu işlər təbii ki, istehsalata da, müsbət təsir edir. Dizel yanacağı, benzinə nisbətən daha yüksək enerji sıxlığına malikdir və iqtisadi baxımdan daha sərfəlidir. Ona görə də nəqliyyat vasitələri üçün yanacağın tətbiq olunması və yanacağa tələbatın artması fonunda müəyyən işlərin görülməsi zəruridir. Dizel yanacağı əsasən ağır yük maşınlarında, avtobuslar və bəzi minik avtomobillərində istifadə olunur. Ümumiyyətlə dizel yanacağının tərkibi və keyfiyyəti beynəlxalq standartlarla (məsələn, Avro-4 və Avro-5) tənzimlənir. Bu standartlar ətraf mühitin qorunması məqsədilə kükürd və digər çirkləndirici maddələrin miqdarını məhdudlaşdırır. Azərbaycanda dizel yanacağı Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunur və ölkədə geniş yayılıb. Sözügedən yanacağın həm iqtisadi, həm də texniki üstünlükləri səbəbindən müxtəlif sahələrdə istifadəsi davam edir. Bunun üçün də bu və digər formada nəqliyyat vasitələrinin texniki parametrlərinə fikir vermək, onların yanacaq tələbatını artmayacaq təqdirdə kompleks işlərin görülməsi zəruridir. Yanacaq sərfiyyatının artmaması əsas işlərdən biridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Android"də gizli tətbiqlər istifadəyə veriləcək
13:59 12.12.2025
Texnologiya
Əhməd Çakar xəstəxanaya yerləşdirildi
13:52 12.12.2025
Futbol
Hakan Hatipoğlu: “Brüs Uillis sevgilimi öpdü, dəli oldum!”
13:48 12.12.2025
Şou
Sabir Rüstəmxanlı: "Məsələni şişirtməyə ehtiyac yoxdur"
13:40 12.12.2025
Siyasət
Putin və Pezeşkian Aşqabadda görüşüblər
13:34 12.12.2025
Gündəm
son dövr ərzində 2714 əkiz, 81 üçəm doğulub
13:24 12.12.2025
Sosial
Son 10 ayda nikah və boşanma sayı məlum olub
13:18 12.12.2025
Sosial
Ölkədə doğum sayı azalıb
13:13 12.12.2025
Sosial
Azərbaycan əhalisinin sayı açıqlanıb
13:09 12.12.2025
Sosial
Tramp Ukraynaya təhlükəsizlik zəmanəti ilə bağlı yardım vəd etdi
13:05 12.12.2025
Dünya
Sabahın hava proqnozu açıqlanıb
12:58 12.12.2025
Ekologiya
Bu, Trampın Putinə hədiyyəsi deyil - Naumov
12:23 12.12.2025
Dünya
Sülh planını Zelenskidən başqa hamı bəyənir - Tramp
12:02 12.12.2025
Dünya
Neytral, tərəfsiz bir platforma da sülhə xidmət edəcək - ŞƏRH
11:56 12.12.2025
Gündəm
Ukrayna üçün seçimlər ağrılıdır - Fidan
11:49 12.12.2025
Dünya
Rəsmi Moskva Ukraynanı nüvə şantajında ittiham edib
11:27 12.12.2025
Dünya