
İqtisadçı: İnflyasiyanın bu həddə çatması gözlənilən idi
10:27 13.05.2025
İqtisadiyyat
407
Azərbaycanda illik inflyasiya 2025-ci ilin aprel ayında 6,3 faizə yüksəlib.
Bu barədə Dövlət Statistika Komitəsi istinadən xəbər verib. Məlumata görə, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə inflyasiya 7,6 faiz, qeyri-qida məhsulları üzrə 2,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,6 faiz təşkil edib.
2025-ci ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,8 faiz təşkil edib.
Məsələyə münasibət bildirən iqtisadçı -ekspert Eyyub Kərimli Sherg.az-a söyləyib ki, inflyasiyanın bu həddə çatması gözlənilən idi:

“Çünki ötən il həm İqtisadiyyat Nazirliyi, həm də Mərkəzi Bank inflyasiyanı 5-7 faiz arası proqnozlaşdırmışdı. Bunun bir neçə amili var. Biz ölkə olaraq idxaldan asılıyıq. Burada həm xarici amillərin, həm də ət və ət məhsulları üzrə istehsal da aşağı düşdüyü üçün öz təsirini göstərir. İndi biz daha çox ət məhsullarını, bəzi yağları idxal edirik. İdxal etdiyimiz ölkələrdə isə qiymətlər artıb. Bu, həm logistika, həm də ümumi məhsul qiymətlərinin artımıdır. Hesab edirəm ki, Mərkəzi Bank hazırda bununla bağlı düzgün siyasət yürüdür. Uçot dərəcəsi dəyişilməz qalıb, hələki inflyasiyanı sabit saxlamağa və iki rəqəmə keçməsinə imkan verməyib. Ümumiyyətlə, digər tərəfdən, qarşıdan yay mövsümü gəlir və istirahət sezonu açılır. Həmin ərəfələrdə müəyyən tələblərin artması müşahidə olunur və bu da qiymətin artımına təsir göstərir. Digər tərəfdən həm Bakı şəhərində, həm bölgələrimizdə, həm də Qarabağ iqtisadi rayonlarında artıq böyük həcmli tikinti işləri gedir. Bu da, tikinti sahəsində qiymət artımına səbəb olur. Hesab edirəm ki, bu təbii inflyasiyadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm