
Şərqi Zəngəzurdan-Naxçıvana: İranla Azərbaycan arasında iqtisadi bağlar qüvvətlənir
11:28 30.04.2025
İqtisadiyyat
469
Avrasiya məkanında Azərbaycanın yeri və tranzit imkanları getdikcə artmaqdadır. Şimal-Cənub dəhlizi, Bakı-Qusar istiqamətində yeni yollar, Kəlalə-Ağbənd layihəsi, Kəlalə-Ağbənd-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Gəncə-Tbilisi-Batumi marşrutunun yaranması ölkəmizə bir çox üstünlüklər gətirəcək. Həmçinin, Rəşt-Astara dəmir yolunun inşası və Azərbaycanın dəmir yolu infrastrukturunu modernləşdirməsi, region ölkələri arasında nəqliyyat əlaqələrinin genişlənməsinə və əməkdaşlığın möhkəmlənməsinə müsbət təsir göstərir.
İranla Azərbaycan arasında energetika sahəsində əməkdaşlıq, Azərbaycanın enerji potensialının güclənməsinə və bərpaolunan enerji imkanlarının genişlənməsinə şərait yaradır, eyni zamanda ölkənin enerji ixrac bazarını böyüdür və İran, Azərbaycan və Rusiya arasında regional enerji bazarının formalaşdırılması üçün əlverişli zəmin yaradır.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli Sherg.az-a söyləyib ki, əslində İranla münasibətlərin yaxınlaşması ticarət yolunun inkişaf strategiyasının bir hissəsidir:

“Azərbaycanın İranla ticarət münasibətlərinin yaxşılaşdırılması Rusiya, Türkiyə və Hindistan kimi nəhəng iqtisadiyyatı olan ölkələrin orta yoldan istifadə etməsinə gətirib çıxarır. Bu da əlbəttə ki, əlavə infrastrukturun yaranmasına, yeni iş yerlərinin açılmasına, böyük logistik potensialın formalaşmasına səbəb olur. Bu prosesin davamlı şəkildə həyata keçirilməsi eyni zamanda Şərqi Zəngəzurla Naxçıvan arasındakı həm fiziki bağların formalaşmasına gətirib çıxarır, həm də iqtisadi olaraq Azərbaycanla-Naxçıvanın, Naxçıvanla-İran və Türkiyə arasındakı böyük bir iqtisadi, logistik potensialın formalaşması ilə nəticələnir. Bu baxımdan Bakı və Tehranın yaxınlaşması, imzalanmış bir sıra müqavilələr, Rəşt-Astara dəmiryolu haqqında sənədlərin hazırlanması və İran tərəfinin bu yolun yekunlaşması ilə bağlı ortaya iradə qoyması çox tarixi bir hadisədir. Araz körpüsünün açılması və yaşıl enerji ilə bağlı layihələrin həyata keçirilməsi Azərbaycanın əsas iqtisadi, strateji inkişaf proqramlarının bir tərkib hissəsidir. Biz burada bir məqamı, xüsusilə qeyd etməliyik ki, İranla yaxınlaşma Şərqi Zəngəzurun və Qarabağın iqtisadi rayonlarının da ciddi şəkildə inkişafına səbəb olacaq. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti iranlı iş adamları ilə görüşdə də bu məsələyə toxundu və iranlı iş adamlarını işğaldan azad edilmiş ərazilərdə investisiya qoymağa, yatırım etməyə dəvət etdi. Bu da nəticə etibarı ilə ölkəmizin iqtisadi inkişafı üçün mühüm olan məqamlardan biridir. Hesab edirəm ki, prosesin bu şəkildə ardıcıllıqla davam etdirilməsi Azərbaycan üçün yaxın gələcəkdə böyük iqtisadi imkanlar və uğurlar vəd edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm