
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: Onun ləğvi mütərəqqi adım olar
13:29 03.02.2025
Aktual
692
Donald Tramp ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyini (USAID) tənqid edib, onun zəif idarə olunduğunu bildirib.
Bu barədə ABŞ Prezidenti jurnalistlərə deyib.
“USAID radikal dəlilər tərəfindən idarə olunur və biz onları oradan çıxarırıq, sonra qərar verəcəyik”, - Tramp bildirib
Qeyd edək ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) internet saytı Donald Tramp administrasiyasının yardım proqramlarını dondurması fonunda fəaliyyətini dayandırıb.
Sayt heç bir izahat verilmədən şənbə günü, fevralın 1-də ləğv edilib.
Konqresdəki demokratlar Trampın USAID-i müstəqil agentlik kimi dayandırıb Dövlət Departamentinə ötürə biləcəyindən narahatdırlar. Onlar israr edirlər ki, respublikaçıların agentliyi dağıtmaq üçün qanuni səlahiyyəti yoxdur. Kanal qeyd edir ki, agentlik Konqres tərəfindən maliyyələşdirilir və onun işi milli təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edir.
USAID-in X sosial media hesabı da artıq əlçatan deyil. Agentliyin səhifəsində "Bu hesab mövcud deyil" deyilir.
Politoloq İlyas Hüseynov "Sherg.az"a deyib ki, USAİD öz destruktiv fəaliyyəti ilə hər zaman seçilib:

"Bu qurum ayrı-ayrı coğrafiyalarda sabitliyə, sülhə və təhlükəsizliyə təhdid törədib. Həmçinin həmişə öz maraqlarını təmin etməyə çalışıb. ABŞ Prezidentinin, eyni zamanda onun innovativ və texnologiya üzrə mühüm silahdaşı İlon Maskın USAİD-i kəskin şəkildə tənqid etməsi kifayət qədər əsaslıdır. Hətta sözügedən agentliyin ləğvi məsələsinə də baxıla bilər. Digər tərəfdən Cənubi Qafqaza nəzərən USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb. Üstəlik, Ermənistanı birtərəfli qaydada dəstəkləməsi, müxtəlif demokratiya institutlarının və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi adı altında ayrılan pullar rügionda sülhün imzalanmasına əngəl yaradıb. Odur ki, USAİD ilə bağlı Azərbaycanda da sərt mövqe formalaşıb. USAİD-in rəhbəri Samanta Pauerin və onun müavininin Ermənistana səfərini xatırlayırıq. Elə həmin vaxt da Azərbaycan bu təşkilat Azərbaycanı tənqid etmişdi və hədəf obyektinə çevirmişdi".
Politoloq vurğulayıb ki, USAİD-in köklü surətdə ləğvi bir daha bu cür mexanizmlərdən və siyasi texnologiyalardan ayrı-ayrı geosiyasi məqsədlər üçün istifadə olunmasına son qoyulması yolunda mütərəqqi addım olacaq:
"Eyni zamanda demokratların hakimiyyəti ilə müqayisədə respublikaçıların, o cümlədən Trampın ictimai-siyasi sferada nüfuzunu bir qədər də artıracaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual