
Kərə yağının bahalaşmasının birdən çox səbəbləri var - İqtisadçı
Yusif Nəzərli
14:58 07.04.2025
İqtisadiyyat
426
Torpaq sahələri zəbt olunub, örüş sahələri özəlləşdirilib, bu da ölkədə heyvandarlığa ciddi təsir göstərib
Azərbaycanda kərə yağının bahalaşması son günlərin ən çox müzakirə olunan mövzusuna çevrilib. Qiymətlərin nəzərə çarpacaq dərəcədə artması narazılığa səbəb olub.
Milli.Az-a danışan alıcıların sözlərinə görə, həm yerli, həm də xarici yağların qiyməti artıb. Bir ay öncə 22 manata satılan kərə yağı artıq 24.8 manatdır. Satıcılar bildirir ki, xaricdən gətirilən kərə yağlarının bir kiloqramının qiymətində 1-4 manat arası artım var.
Azərbaycan kərə yağına olan tələbatı idxal hesabına ödəyirik. Təkcə bu ilin yanvar-fevral aylarında Azərbaycana 5338 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Gömrük Komitəsinin hesabatına görə, bu həcmdə yağın dəyəri 36 milyon 843min dollar təşkil edilib. Bunlar ötən illə müqayisədə 2370 ton, dəyər baxımdan isə 21 min 287 min dollar çoxdur.
Millət vəkili Vüqar Bayramov bildirib ki, yağın qiymətinin artmasının səbəbi xaricdə olan bahalaşmadır. İdxal inflyasiyası minumumlaşdırmaq üçün yerli istehsalat genişləndirilməlidir.
"Kərə yağı istehsalı dövlət tərəfindən dəstəklənməlidir. Bu istiqamətdə fermerler həm faizsiz kreditlər təklif oluna bilər, həm də texniki istehsalatla bağlı güzəştlər tətbiq oluna bilər. Bu da istehsal edilən məhsulun maya dəyərini aşağı düşürə bilər".
Millət vəkili qeyd edib ki, iri buynuzlu heyvanlar məhsuldar deyil. Bu sahədə heyvanları əvəzləyə bilsək, kərə yağı ehtiyatını yaxşılaşdıra bilərik.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert, iqtisadçı Rauf Qarayevin "Sherg.az"a açıqlamasına görə, kərə yağının istehsalının azalması bizdə heyvandarlıq sahəsində müəyyən problemlər yaşandığını göstərir:
"Düzdür, kərə yağı bütün dünya bazarlarında bir neçə müddətdir ki, bahalaşmaqdadır. Yəni qiymətlər qalxır və bu da adekvat olaraq təbii ki, bizim daxili bazarda özünü göstərir. Əsas səbəblər daxili bazarın kərə yağının idxalı üzrə asılı vəziyyətdə olması, son aylar ərzaq məhsullarının qiymətlərinin qalxması və dünya bazarlarında kərə yağı məhsulunun bahalaşmasıdır. Bu, çox ciddi bir tendensiyadır".
Torpaq sahələrinim zəbt olunduğunu, örüş sahələrinin özəlləşdirildiyini vurğulayan ekspert ölkədə yem bazasının qıt olduğunu deyib: "Ölkəmizdə heyvanların bəslənməsi üçün yem azdır. Xaricdən alınma isə baha başa gəlir. Fermer də hesab-kitab edir, heç bir gəliri olmadığını görür və məcbur qalıb heyvan saxlamaqdan imtina edir, kənd təsərrüfatının digər sahələri ilə məşğul olur. Bu da ölkədə heyvandarlıqda müəyyən tənəzzülə gətirib çıxarır. Nəticədə biz kərə yağı istehsalının azalmasını müşahidə edirik.
Faktiki olaraq bu sahədəki tələbatı ödəmək üçün idxaldan asılıyıq. Yerli istehsalçılar üçün xərclər artır, otlaqlar və mal-qaranın sayı isə azalır. Belə şəraitdə yaxın gələcəkdə qiymətlərin azalmasını gözləməyə dəyməz. Görünür, bu faktor, monopoliyanın mövcudluğuna görə effektsizdir və müvafiq orqanlar belə əhəmiyyətli qiymət artımına heç bir reaksiya vermirlər".
İqtisadçının fikrincə həm qiymətə, həm də məhsulun keyfiyyətinə nəzarət gücləndirilməlidir. Həmçinin də istehsalçılara güzəştli kreditlər və subsidiyalar verilməlidir ki, onlar malları xaricə ixrac etməkdənsə, ölkədə satmağa həvəslənsinlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa İran dronlarının Naxçıvan Hava Limanına hücumunu pisləyib
20:26 05.03.2026
Siyasət
Edqars Rinkeviçs İlham Əliyevə zəng edib
20:10 05.03.2026
Rəsmi
Sosial şəbəkə naminə həyatlarını riskə atırlar - EKSPERT
20:02 05.03.2026
Cəmiyyət
BƏƏ Prezidenti Azərbaycan liderinə zəng edib
19:58 05.03.2026
Rəsmi
Tokayev İranın Azərbaycana dron hücumlarını pisləyib
19:51 05.03.2026
Siyasət
Baş verən proseslər fonunda İran özü-özünü ifşa etdi - ŞƏRH
19:38 05.03.2026
Gündəm
Əraqçi Ceyhun Bayramova zəng edib
19:02 05.03.2026
Son dəqiqə
lham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
18:55 05.03.2026
Gündəm
İranın daxilində anti-Azərbaycan qüvvələr var - Tofiq Zülfüqarov
18:33 05.03.2026
Gündəm
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub
18:25 05.03.2026
Siyasət
Rusiya və Ukrayna əsirləri dəyişdi
18:18 05.03.2026
Dünya
Rza Pəhləvi: İran rejimi dərhal hakimiyyəti təhvil verməlidir
18:06 05.03.2026
Dünya
Moldova xarici işlər naziri Azərbaycana gəlir
18:00 05.03.2026
Siyasət
İran Azərbaycan sərhədinə silah daşıyırmış...
17:45 05.03.2026
Gündəm