Koronavirusa yoluxan Bollivud ulduzunun vəziyyəti ağırlaşdı


Koronavirusa yoluxan Bollivud ulduzu Aiyvariya Ray xəstəxanaya qaldırılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisanın xəstəlik simptomları getdikcə daha da ağırlaşıb. 46 yaşlı Rayın həyat yoldaşı Abhişek Baççanın da koronavirus testi pozitiv çıxıb.

Evində karantinə alınan ailənin nəfəs alma problemi yaranıb. Qızı və Rayın səhhəti ağırlaşıb, əri isə hələ də evdə mülaicəsini davam etdirir.