Nofəl Süleymanovun oğlundan PAYLAŞIM:“Ata, rahat yat...!”

Bir müddət öncə faciəvi şəkildə dünyasını dəyişən tanınmış gitara ifaçısı Nofəl Süleymanovun kiçik oğlunun fotosu yayılıb. Rəvanının atasının gitarası ilə şəklini aşıq Mübariz Camaloğlu paylaşıb.
Mərhumun oğlu sözügedən fotonun üzərinə  “Ata, rahat yat. Adını uca tutacam” qeydini yazıb. Xatırladaq ki, N.Süleymanov oğlu Şövqi Süleymanovun ehtiyatsızlıqdan ov tüfəngindən atəş açması nəticəsində dünyasını dəyişib. 

“Sherg.az” xəbər verir ki, aşıq Mübariz Camaloğlu həmin fotoya bu sözləri əlavə edib: 

“Can Rəvan balamız, sənə əmin qurban.  Mənə söz vermisən öyrənəcəksən. Çalış atanın davamçısı ol. Nə lazımdırsa, hər zaman yanındayam”.
Bir izləyicinin “Nofəl qardaşımızı vuran oğlunun aqibəti necə oldu?” sualını M.Camaloğlu belə cavablandırıb:
“Həbs etməyiblər, evdədir”.