Xalq artisti Könül Xasıyeva "Həmin Zaur" verlişində qonaq olarkən səhhətindəki problemlərlə bağlı açıqlamalar verib.
"Sherg.az"ın məlumatına görə, o, xəstəliklə əlaqədar saçlarının və dişlərinin eyni anda töküldüyünü söyləyib:
" Hətta 2 saat içində dörd dişim sinəmə düşdü. Bəzən otağa girib, bir həftə sonra çıxmışam. Amma indicə çıxdığımı düşünmüşəm. Yəni o qədər ağır stress keçirmişəm ki. 21 ildir stressdən çıxa bilmirəm. Məndə bu problem zəlzələdən sonra yarandı".