Mələkxanım Əyyubova oğlunun fotosunu paylaşdı

Xalq artisti Mələkxanım Əyyubova oğlu Cəfərin fotosunu sosial şəbəkədə yayımlayıb.
"Sherg.az" Axşam.az-a istinadən xəbər verir ki, xanəndə övladını ad günü münasibətilə təbrik edib.

"Doğum günün mübarək, canım oğlum. Sənə möhkəm can sağlığı və xoşbəxtlik arzu edirəm. Səsin həmişə ən uca zirvələrdən gəlsin" deyə, M.Əyyubova paylaşımına yazıb.

Qeyd edək ki, M.Əyyubovanın 4 övladı var. Cəfər ailəlidir və bir qızı var. O, kompüter üzrə mütəxəssis kimi tanınır.