"Evə buraxılmamışam, hələ də xəstəxanadayam"

Xalq artisti Niyaməddin Musayev hələ də xəstəxanada olduğunu açıqlayıb.
"Sherg.az" xəbər verir ki, bu haqda müğənni aparıcı Mətanət Əliverdiyevanın "6/8 axşam şousu"na telefonla zəng edərək deyib. O bildirib ki, xəstəxana onunla bağlı yalan açıqlama yayıb:

"Hələ də xəstəxanadayam. Evə buraxılmamışam. Yalandır. Məni gah öldürdülər, gah diriltdilər".

Qeyd edək ki, N.Musayev koronavirusa yoluxub. O, Mərkəzi Nefçilər Xəstəxanasına yerləşdirilib./Axşam.az