Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başa çatıb

Rusiyanın paytaxtı Moskvada, Mərkəzi Kinematoqrafçılar Evində ssenarist və yazıçı Rüstəm İbrahimbəyovla vida mərasimi başa çatıb.

Bu barədə “Report”un Rusiya bürosu xəbər verir.

Qeyd edək ki, Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun nəşi martın 15-də Bakıya gətiriləcək.

Dəfn tarixi barədə əlavə məlumat veriləcək.