Gənc Tamaşaçılar Teatrına yeni baş rejissor təyin olundu

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına yeni baş rejissor təyin olunub.
Oxu.Az-ın məlumatına görə, Mehriban Ələkbərzadə müvafiq əmrə əsasən, YUĞ Dövlət Teatrının baş rejissoru vəzifəsindən azad edilərək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, M.Ələkbərzadə 2017-ci ildən Azərbaycan Dövlət YUĞ Teatrında baş rejissor kimi fəaliyyət göstərirdi.