Rusiyalı rejissor namizədliyi olsa da "Oskar"a gedə bilmir

“Boxballet” cizgi filmi ilə "Oskar" mükafatına namizəd olan rusiyalı rejissor Anton Dyakov viza ala bilmədiyi üçün martın 27-də - qaliblərin açıqlanacağı mərasimdə iştirak edə bilməyəcək.

Sherg.az xəbər verir ki, bu barədə o, "TASS"a açıqlamasında deyib.

"Vizam yoxdu, mənə vermədilər. Rusiyadakı konsulluqlar çoxdan bağlanıb. Başqa ölkədən müraciət etdik. Hətta "müsahibə üçün gəl" və ya bu kimi mesajlar da yoxdur. Namizəd olaraq qalıram, bunu dəyişmək olmaz, amma səfərim mümkün deyil.

İncimirəm. Çoxları getməyimlə bağlı soruşur, əvəzində peşman olurlar. Təəsüf hissi keçirmələri mənə də xoş deyil. Çoxlarının ekstremal şəraitdə olduğu bir vaxta mənim "Oskar" getməyə imkan vermədiklərinə görə ağlayıb-sızlamaq çox çətindir" - deyə, Anton bildirib.

Qeyd edək ki, rejissorun balerina ilə boksçunun sevgisindən bəhs edən ekran işi “Ən yaxşı qısametrajlı cizgi filmi” nominasiyasında "Oskar" mükafatına namizəd olub.