Bakıda Braziliya film festivalı keçiriləcək

Martın 30-dan aprelin 3-dək Nizami Kino Mərkəzində Braziliya film festivalı keçiriləcək.

“Report” Braziliyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, səfirliyin və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək tədbir çərçivəsində 4 bədii və 1 sənədli film nümayiş olunacaq. Bütün filmlər orijinal dildə, azərbaycanca subtitrlə göstəriləcək.