Nazir: “İtaliyada Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq”


“Yaxın zamanlarda İtaliyada Azərbaycan Mədəniyyət Mərkəzinin açılması planlaşdırılır”.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər naziri Luici Di Maio ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib. 

O qeyd edib ki, Azərbaycan-İtaliya münasibətləri xüsusi önəm kəsb edir:

“Biz diplomatik münasibətlərimizin təsis edilməsinin 30 illiyini qeyd edirik. İtaliya-Azərbaycan münasibətləri qarşılıqlı hörmət əsasında həyata keçirilir”.