Armağan Çağlayan xəstəliyindən danışıb ağladı


Türkiyəli məşhur aparıcı-prodüser Armağan Çağlayan "Gör beni" adlı proqramında xəstəliyi barədə danışıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bir müddət öncə xərçəng xəstəliyindən vəfat edən aktrisa Billur Kalkavanın sevgilisi Buğra Bahadırlını verilişinə dəvət edib.

Ağciyər xərçəngi olduğunu öyrənən Çağlayan söhbət zamanı duyğusal anlar yaşayaraq göz yaşlarına boğulub:

"Billur xanımın vəfat etdiyi gün mənim ciyərimdə törəmə olduğu bəlli oldu. Billurun vəfat xəbərini oxuyanda sanki həmin gün məndə heç nə tapılmayıb kimi hiss etdim. Çox qəribə bir duyğu idi. Qorxmuram, amma ağrı çəkmək istəmirəm".