MEDİA: Jurnalist vəsiqələri 3 ildən bir yenilənəcək

Jurnalist vəsiqəsi 3 illik verilir.
Bunu APA-nın sorğusuna cavab olaraq Medianın İnkişafı Agentliyinin mətbuat katibi Səidə Şəfiyeva deyib.
Reklamınızı SmartBee ilə effektiv edin.
Onun sözlərinə görə, vəsiqə 3 ildən bir yenilənəcək. Jurnalist şəhadətnamələri isə müddətsiz olaraq veriləcək:
“Jurnalist vəsiqəsinin verilməsi üçün əvvəlcə media subyekti Agentliyə müraciət edərək öz əməkdaşlarını reyestrdə qeydiyyatdan keçirməlidir. Daha sonra jurnalistlər vəsiqənin alınması üçün fərdi qaydada müraciət etməlidirlər. Ödənişin məbləği isə 20 manat təşkil edir” – o qeyd edib.