“MEDİAlab” layihəsi çərçivəsində şəbəkələşmə görüşü + FOTOLAR

4 ali təhsil müəssisəsinin 
jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün şəbəkələşmə görüşü, vörkşop və “newslab” təşkil olunub. 

Bu barədə "Sherg.az"a Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, "MEDİAlab” layihəsi çərçivəsində  baş tutan görüş Agentlik, həmçinin  Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilib. 

Şəbəkələşmə tədbirinin qonağı aparıcı və diktor Rafiq Həşimov görüş zamanı televiziya və jurnalistika sahəsində olan təcrübəsindən danışıb, ərsəyə gətirdiyi sənədli filmlər haqqında gənclərə məlumat verib. İnteraktiv formada təşkil edilən tədbirdə gəncləri maraqlandıran suallar da cavablandırılıb.