Azərbaycanda ümumölkə yerüstü televiziya yayımında olan kanalların 2023-cü ilin noyabr ayında informasiya və analitik proqramların özəl çəkisi ən çox olmaqla ümumi payın 25 faizini təşkil edib. Bu barədə Audiovizual Şuranın təqdim etdiyi televiziya proqramlarının janrlar üzrə bölgüsü və hər bir kanal üzrə ayrı-ayrılıqda statistikasında qeyd olunub.
Statistikaya əsasən, reklam və sponsor proqramları 16,6%, idman 15,3 %, musiqi və əyləncə janrında olan proqramlar 12,1%, mədəni-maarif janrında olan proqramlar 9,7%, sosialyönümlü proqramlar 5,7%, bədii filmlər 3,9%, anons və elanlar 3,4%, seriallar (xarici istisna olmaqla) 2%, sosial reklamlar 0,8%, cizgi filmləri və bədii filmlər (yerli istehsal) 0,6%, teleticarət xarakterli proqramlar 0,5%, uşaq proqramları 0,4% təşkil edib. Ayrı-ayrı telekanalların statistikasına əsasən, Azərbaycan Dövlət Televiziyasında efirin ən çox hissəsi informasiya və analitik proqramlardır. Onların özəl çəkisi 43,8% təşkil edib. Reklam və sponsor təqdimatları 18,7%, mədəni-maarif janrında olan proqramlar isə 7,2%-dir. (xarici istehsal) isə 8,3%-dir.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən tanınmış teletənqidçi, BDU-nun "Multimedia və elektron kommunikasiya” kafedrasının rəhbəri Qulu Məhərrəmli deyib ki, Audiovizual Şuranın monitorinqi və proqramların məzmununa görə təsnifatı mövcud reallığa uyğundur:
"Bu prosses davamlı olaraq aparılır, verlişlər qeydiyyatdan keçirilir. Arzu edərdim ki, büdcədən maliyyələşən və özəl kanallar hansı tip proqramlara üstünlük vermməsinə görə, kateqoriyyaya bölünsün. Belə olduqda proqram siyasətini daha aydın görərik. Həmçinin, bu tele -məkanın dolğun mənzərəsini əks etdirə bilər. Ona görə də statistikanın tam doğru ifadə edilməsi çox önəmlidir. Çünki televiziyalar da ümumi prossesləri izləyərək yayım istiqamətində dəyişiklik edə bilərlər. Çox şey tamaşaçının tələbatına uyğun olmalıdır. Ancaq televiziyanın istəyinə uyğunlaşdırılarsa, problemlər yaranacaq. Bu səbəbdən Azərbaycan telekanalları bu məsələyə xüsusi diqqət yetirməlidirlər".