Hamilə qadın daim ciddi dəstək almalıdır - PSİXOLOQ
04:19 03.10.2025
Sağlamlıq
367
Əgər doğuş sonrası psixoz başlayıbsa, mütləq həkimə müraciət etməlidir
İsveçdə aparılan və “Molecular Psychiatry” jurnalında dərc olunan geniş araşdırma göstərib ki, qadınlarda doğuşdan sonrakı həftələrdə psixi sağlamlıq problemləri riski yüksəlir. Məlum olub ki, doğuşdan 5–15 həftə sonraya qədər depressiya riski hamiləlikdən əvvəlki dövrlə müqayisədə 20 faiz daha yüksəkdir. Psixoz riski isə doğuşdan sonrakı ilk 5 həftədə 6-7 dəfə, 20-ci həftəyə qədər isə iki dəfə artır. Ekspertlər vurğulayıb ki, bu hallar ciddi müalicə tələb edən psixi pozuntulardır. Simptomlara halüsinasiyalar, paranoya və bipolyar pozuntu daxildir, lakin düzgün müalicə ilə tam sağalma mümkündür. Tədqiqat 2003–2019-cu illər arasında İsveçdə 1,8 milyon doğuşun məlumatları əsasında aparılıb. Alimlər bildirir ki, həkimlərin hamiləlik dövründə qadınları daha yaxından izləməsi psixi sağlamlıq problemlərinin vaxtında aşkarlanmasına və ağırlaşmaların qarşısının alınmasına kömək edə bilər. ÜST-nın məlumatına görə, dünyada hər 10 hamilə qadından biri və doğuşdan sonrakı qadınların 13 faizi psixi pozuntular yaşayır. Alimlər gənc anaların psixi sağlamlığının qorunması üçün doğuşdan sonrakı dövrdə diqqətli müşahidə və dəstəyin vacib olduğunu vurğulayır.
Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu Elşən Mustafayev “Sherg.az”a açıqlamasında deyib ki, doğum sonrası psixoz adlandırılan bu hal nadir rast gəlinən xəstəliklərdəndir. Psixoloqun sözlərinə görə, uşağın dünyaya gəlişi hər bir ailə üçün sevincdir. Ancaq bəzi hallarda bu proses qadının həyatında xoşagəlməz dəyişikliklərə səbəb olur. Doğuşdan bir müddət sonra qadın özünü qəribə aparır:
“Adətən bu dəyişiklik özünə qapılmaq, qorxu hissi keçirmək, küçəyə çıxmamaq kimi hallarla özünü büruzə verir. Bu zaman ciddi problem yaranır. Doğum sonrası psixoz doğuşdan 2-4 həftə sonra baş verir. Statistikaya görə, bu xəstəlik dünyaya uşaq dünyaya gətirən hər min qadından bir-ikisində rast gəlinir. Yuxusuzluq, gərginlik, baş ağrısı, rahatsızlıqla başlanan vəziyyət, doğulan uşağın onun olmaması fikirləri, uşaqda hansısa xəstəliyin olması düşüncəsi, ona yetərincə qulluq edə bilməmək kimi fikirlər, özünü günahlandırma hissi müşahidə olunur və bu səbəblər sonunda uşağı öldürüb ondan qurtulmaq kimi fikirlərə gətirib çıxardır. Doğuş sonrası psixoz yüngül və ağır formada gedə bilər. Əgər bu problem vaxtında aradan qaldırılmasa, gələcəkdə uzun sürən, hətta qarşısı alınmayan problemlərə gətirib çıxara bilər”.
Doğuşdan sonra müşahidə edilən psixoloji pozuntuların səbəblərinə gəldikdə isə E.Mustafayev hormonal dəyişiklik, xüsusilə doğuşdan sonra estrogenlərin azalması, doğumdan əvvəl psixi pozuntulardan əziyyət çəkmə, narkotik maddələrdən istifadə, doğumla bağlı stress kimi halları sadalayıb:
"Əsas simptomları isə oyanıqlığın artması, hallüsinasiya, şəxsiyyət dəyişikliyi, iştahanın pozulması və ölüm fikridir. Əgər qadında doğuş sonrası psixoz başlayıbsa, mütləq həkimə müraciət etməlidir. Belə hallarda antipsixotik dərman maddələri – neyroleptik və antidepresan dərman maddələri verilməlidir. Əgər anada ciddi problemlər olarsa, uşaqdan ayrılmalı, psixiatrik stasionara yerləşdirilməlidir. Qadının evdə, yaxud xəstəxanada olmasından asılı olmayaraq, daim yaxınları tərəfindən ciddi dəstək almalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm