
Səbinə Salmanova: Laçına həyat yenidən qayıdır, sürətli bərpa-quruculuq işləri aparılır
Yusif Nəzərli
12:38 01.12.2024
Qarabağ
1478
"Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu bir güllə atılmadan və qan tökülmədən işğaldan azad edildi. Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsi deməkdir".
Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Laçın rayonunun azad edilməsi Azərbaycan Prezidenti, qalib sərkərdə cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş siyasətinin parlaq nəticəsinin təzahürüdür:

“Laçın rayonunun işğaldan azad edilməsi tarixi hadisə olmaqla yanaşı, həm də Azərbaycan üçün çox böyük strateji əhəmiyyətə malikdir. Çünki Laçının işğaldan azad edilməsi ilə Azərbaycan ərazi bütövlüyünü təmin etdi və dövlət sərhədlərinə nəzarət etmək imkanını əldə etdi”.
Deputat xatırladıb ki, Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu:
“İşğalçılar tərəfindən 200-dən çox mədəniyyət, 100-dən çox təhsil və səhiyyə müəssisəsi, 500-ə yaxın ticarət və digər infrastruktur obyektləri talan olunaraq və məhv edilib. Həmçinin ermənilər tərəfindən tarixi abidələrimiz vandalizmə uğrayıb. Təcavüzkar Ermənistan həmçinin Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub, soyqırımları, bir çox digər hərbi cinayətlər törədib. Bütün bunlar isə dünya ictimaiyyətinin gözü qarşısında baş verib. Çox təəssüflər olsun ki, haqdan, ədalətdən danışanlar bütün bunları da susqunluqla qarşılayırdılar. Azərbaycan digər məsələlərdə olduğu kimi, Laçını da işğaldan azad etməklə beynəlxalq hüququ bərpa etdi”.
S.Salmanova bildirib ki, hazırda işğaldan azad olunmuş digər ərazilərimiz kimi, Laçına da həyat yenidən qayıdır, burada sürətli bərpa-quruculuq işləri aparılır:
“Artıq Laçın şəhəri, Zabux və Sus kəndləri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir. Bu gün Laçın və digər ərazilərimiz dünyanın ən gözəl yerlərindən birinə çevrilir”.
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə