Qarabağda təxribat planı...

“Bu, elə bir formada icra ediləcək ki, proses Qarabağın dağlıq hissəsində yox, Ermənistanla sərhəddə baş versin”

“Nəticədə bir neçə rus əsgəri öldürülsün və Azərbaycan tərəfi əsas günahkar kimi göstərilsin. Çox diqqətli olmalıyıq” 



“10 noyabr razılaşmasının pozulması haqda görünür ki, iyunun 20-nə qədər daha tez - tez danışmalı olacağıq”.
Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib. 
 O, bu barədə daha ətraflı “Sherg.az”a danışıb:

“Ermənistanın baş naziri Nikol Paşinyanın cari ilin aprel ayının 21-də Zəngəzur vilayətinə məlum səfərindən sonra düşmən Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törətdi. Qəribəsi bu idi ki, erməni hərbçilər DSX-nın mövqeləri ilə yanaşı, Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqeləri də atəşə tutmuşdular. Bu, atəşkəsin pozulmasının İrəvan siyasi mühitinin şantaj edilməsi yolunda əsas vasitələrdən biri olduğunu göstərdi”.

 Ekspert ölkəmizə qarşı növbəti təxribatın hazırlandığını düşünür: 

“Onun sözlərinə görə, əgər bu inisidentlər nəticəsində bir rus əsgəri yaralanarsa və ya həlak olarsa, Moskva sərt cavab verəcək. Xüsusilə vurğulanıb ki, 9 noyabr 2020-ci ildə Azərbaycan tərəfindən vurulan rus helikopterinin heyətinin ölümü məsələsi hələ də açıq qalır. Yaxın zamanlarda rus əsgərlərinə qarşı mütləq bir silahlı hücum planı hazırlanacaq və elə bir formada icra ediləcək ki, proses Qarabağın dağlıq hissəsində yox, Ermənistanla sərhəddə baş versin. Nəticədə bir neçə rus əsgəri öldürülsün və Azərbaycan tərəfi əsas günahkar kimi göstərilsin. Çox diqqətli olmalıyıq”.