“Regionda sülhə xələl gətirmək istəyən qüvvələrin sayı artmaqdadır” - Politoloq 

“Regionda Azərbaycanın yaratdığı yeni vəziyyətə xələl gətirmək istəyən qüvvələrin sayı artmaqdadır”. 

“Sherg.az” xəbər verir ki, bunu Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. 

Politoloq bildirib ki, postmünaqişə dövrü üçün xarakterik olan tərəflərin barışdırılması, sülhün möhkəmləndirilməsi vacib olduğu dövrdə bəzi qüvvələr suyu bulandırmaqla məşqul olmaqdadır: 

“Ermənistanın dağıdıcı siyasətini tənqid etmək, İrəvanı üçtərəfli bəyanatın bəndlərini yerinə yetirməyə məcbur buraxmaq beynəlxalq ictimaiyyət, ələlxüsus qonşu dövlətlər üçün prioritet təşkil etməlidir. Lakin, görünən odur kı, bəzi qonşu dövlətlərdəki müəyyən qruplar Cənubi Qafqazda yaranmış sülhün və tərəqqinin möhkəmləndirilməsinə istiqamətlənən yeni proseslərdən narazıdırlar. Ermənistanı müdafiə edən bəzi Qərb dairələri bölgədəki yeni proseslərdə iştirak etmədiklərinə görə Azərbaycan və Ermənistan arasında problemlərin qalmasında maraqlı ola bilərlər. Qonşu dövlətlər əksinə Qarabağ və sərhədlər ərtafında bütün problemlərin tez zamanda həll edilməsinə tərəfdar olmalıdırlar. Son vaxtlar Kəlbəcərin və Naxçıvanın Ermənistanla sərhədində erməni ordusunun atəşgəsi pozmasının şahidiyik. Bəzi dövlətlərin Ermənistandakı səfirləri İrəvanın apardığı təxribatçı siyasətə dəstək olmaqdadır. Fransanın Ermənistandakı səfirinin absurd bəyanatı, ABŞ-ın Ermənistandakı səfirinin mütəmadi olaraq Azərbaycanla sərhədyanı ərazilərə səfər etməsi, ardınca İranın İrəvandakı səfiri yolverilməzdir”.