Rus sülhməramlıları arasında zöhrəvi xəstəliklər yayılıb

"Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının təcili yardım maşınlarından birinin sürücüsünün dediyinə görə, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin mənsubları arasında zöhrəvi xəstəliklər yayılıb".

"Sherg.az" xəbər verir ki, bu barədə siyasi şərhçi Elçin Alıoğlu sosial şəbəkədə yazıb. 

Ekspert bildirib ki, tibbi briqada və xüsusi laboratoriya rusiyalı sülhməramlıların Xankəndindəki əsas bazasının sanitar hissəsi üçün nəzərdə tutulub: 

"Sürücü deyib ki, o da maşınıyla Xankəndinə müxtəlif dərmanlar və avadanlıq daşıyıb. İkinci reysdə yükü Rusiyanın Gümrüdəki 102-ci bazasının sanitar hissəsinin təlimatçısı mayor Stepanov müşayiət edirmiş. O, deyib ki, Qarabağdakı rusiyalı sülhməramlılar arasında müxtəlif mikroblar, göbələk xəstəlikləri və zöhrəvi xəstəliklər, habelə qaşınma, qoturluq, ekzema və vərəm yayılır. Yoluxmuş rusiyalı hərbçilərin analizlərini Moskvaya, Müdafiə Nazirliyinin Mərkəzi Hospitalının laboratoriyasına da göndəriblər. Həmin analizləri HİV-QİÇS-lə bağlı yoxlayacaqlar". Xankəndini tərk etmiş ermənilərlə söhbətlər zamanı Monitorinq Mərkəzinin əməkdaşları öyrəniblər ki, Xankəndində bütün ictimai iaşə müəssisələri, kiçik otellər və hostellər, habelə sutkalıq kirayəyə verilən mənzillər bordellərə çevrilib. Növbətçilikdən sonra rusiyalı sülhməramlılar oralarda dincəlməyi xoşlayırlar. Xankəndində "masaj salonları"nın sayı da artıb. Yerli erməni qadınların "xidmət"lərindən istifadə edən rusiyalı sülhməramlılara narkotik maddələr də satırlar. "xidmət"lərindən istifadə edən rusiyalı sülhməramlılara narkotik maddələr də satırlar".