Rus sülhməramlılarına sonuncu xəbərdarlıq edilməlidir

Təxribatlar təkrarlanarsa ordu hərbi döyüş vəziyyətinə gətirilməlidir

“Rus sülhməramlılarının erməni separatçılarının əməllərinə göz yumması ümumi planın tərkib hissəsidir”. Bunu “Şərq”ə açıqlamasında politoloq Azər Qasımov deyib. Analitik bildirib ki, bu, “sülhməramlı” adı altında fəaliyyət göstərən rus ordusuna mərkəzi rəhbərlik tərəfindən verilən tapşırıqdır: “Erməni adlı məxluqlar da onların bu işdə alətidir. “Sülhməramlı”ların bundan sonra da belə oyunlarının çox şahidi olacağıq.

 Üç-beş sərxoş erməni quldurun törətdiyi əməl kimi qələmə verilən təxribatlarla Azərbaycan xalqını ələ salırlar. Erməni separatçılarının məhv edilməsi Azərbaycan əsgəri üçün adi məsələdir. Amma problem torpaqlarımızdakı “sülhməramlı”  qüvvələrdir. 

Lakin bu o demək deyil ki, rus “sülhməramlıları” və erməni quldur sürüsünün özbaşınalıqlarına göz yumacağıq. Azərbaycan əsgərinin hər bir imkanı var”.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan Rusiya qarşısında qəti şəkildə təxribatların qarşısının alınması tələbini qoymalıdır: “Təkrarlanacağı təqdirdə bu məsələnin son nöqtəsinin hərbi yolla qoyulacağını bəyan etməliyik. Bütün ordu döyüş hazırlığı vəziyyətinə gətirilməli, iriçaplı silah və texnika döyüş vəziyyəti almalıdır. 

Qarşı tərəfə ciddi mesay verməliyik. Əgər cavabımız sərt olarsa, bundan sonra belə təxribatlar təkrarlanmaz”.