Əhəd Məmmədli: "2022-ci il Azərbaycanda Xənkəndi ili olmalıdır"



“Ermənistanla sülh müqaviləsi imzalanmayıb. İrəvan hökuməti Qarabağı Azərbaycanın ərazisi kimi tanımayıb”. Bu barədə “Şərq”ə açıqlamasında politoloq Əhəd Məmmədli deyib. Analitik vurğulayıb ki, sülhməramlıların nəzarət etdiyi ərazidə mütəmadi qanun pozuntularına rast gəlirik: 

“Torpaqlarımızdakı erməni quldurları tez-tez bölmələrimizi atəşə tuturlar, hər cür təxribatlara əl atırlar. Görün, vəziyyət hansı həddə çatıb ki, erməni separatçıları yolumuzu kəsir, maşınlarımızı yoxlayırlar. Bizi öz torpağımıza getməyə qoymurlar. Bunların hamısı ciddi siqnallardır. Anti-terror əməliyyatlarının vaxtı çoxdan çatıb. 2022-ci il Azərbaycanda Xənkəndi ili olmalıdır və bu məsələni kökündən həll etməliyik. Əks halda ruslara güvənən ermənilərin aqressiyası daha da artacaq. Cavab almadıqları üçün bir qədər də cəsarətlənəcəklər. Əfsuslar olsun ki, hazırda Azərbaycan-Ermənistan arasındakı proseslərdə müsbətə doğru irəliləyişin şahidi olmuruq. Rusiya və Ermənistandakı siyasi dairələr buna mane olurlar”.