TƏCİLİ! - "Ərazi bütövlüyümüz yaxın zamanda..."

"Rusiya, Fransa və ABŞ bəyanat verib ki, Azərbaycan ordusu Qarabağdan çıxsın".

Bu barədə "Sherg.az"a açıqlamasında Ağ Partiyanın sədr müavini Əhəd Məmmədli deyib. 

Partiya təmsilçisi qeyd edib ki, Qarabağ məsələsi Qərblə, Rusiyanın mövqeləri üst-üstə düşən yeganə beynəlxalq konfliktdir:










"Bu, Azərbaycanın əleyhinə olan mövqedir. Rusiya, həmçinin Qərbin Azərbaycanın dostu olmadığı təsdiqləndi. Dünyada Azərbaycanın bir qardaşı var - Türkiyə, dostu var - Pakistan. Azərbaycan yenə qardaşı və dostuna güvənərək ərazi bütövlüyünü tam şəkildə təyin etməlidir, özü də təcili! Beynəlxalq hüquqa Yaxın Şərqdə, Afrikada, Ukraynada "tüpürən" ABŞ, Fransa və Rusiya Azərbaycana ağıl verə bilməz. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünün təmin edilməsini yaxın zamanda müvəffəqiyyətlə bitirəcək".