Gürcü müğənni: "Füzuli hava limanının 8 aya tikilməsi inanılmazdır"

“Füzuli Beynəlxalq Hava Limanının tikilmə sürəti insanı təəccübləndirir".

Bunu “Report”a Gürcüstan nümayəndə heyətilə birgə azad olmuş Qarabağa səfər edən müğənni Dimitri Kisişvili deyib.

“Hava limanının cəmi 8 aya tikilib başa çatdırılması inanılmazdır. Hava limanı özü də möhtəşəmdir” – deyən qonaq azad olunmuş torpaqların bərpa olunmasını arzuladığını da qeyd edib:

“Bu ərazilərin hamısı mümkün qədər tez bərpa olunmalıdır. Dağılan yurdları bərpa etmək çox vacibdir”.