Kreml problemi inkişaf etdirir! - "Qarabağda “rus icması” üçün “mərkəz” yaradır və..."

“Rusiya Moskva Qarabağda həm erməni icması, həm də “rus icması” na nail olmaqla, öz hərbi iştirakını uzatmağa çalışacaq"

"Qarabağda qondarma “rus icması”nı dövriyyəyə buraxan Moskvaonların “hüquqları” məsələsini də qaldıra bilər. Qarabağda rus millətindən bir-iki nəfər qadın var və onlar da sovet vaxtı ermənilərlə nigaha girməklə burda qalıblar" 


“Rusiyanın Qarabağda yaratdığı qondarma “rus icması” fəaliyyətini genişləndirir”.
Bu barədə “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 
Ekspert bildirib ki, separtaçıların başçısı Araik Arutyunyanın “rus icması”nın üzvülərini “qəbul etməsi” və Ağdərədə “rus icması” üçün “mərkəz” yaradılması Kremlin problemi inkişaf etdirmək siyasətinin tərkib hissəsidir: 
“Kreml Qarabağda həm erməni icması, həm də “rus icması” na nail olmaqla, öz hərbi iştirakını uzatmağa çalışacaq. Qarabağda qondarma “rus icması”nı dövriyyəyə buraxan Moskva onların “hüquqları” məsələsini də qaldıra bilər. Qarabağda rus millətindən bir-iki nəfər qadın var və onlar da sovet vaxtı ermənilərlə nigaha girməklə burda qalıblar. 

Göründüyü kimi Rusiya dövləti rus milləti faktorundan istifadə edərək təhdid, şantaj və hərbi işğalla qonşularına qarşı siyasət həyata keçirir. Məhz Ukraynaya hücumda da “rusları qorumaq “adı ilə işağlı başladı. Qazaxısatan və Baltikyanı ölkələr də Rusiyanın təhdid ilə üzləşib.

 Çünki bu ölkələrdə rusların sayı müəyyən çəkiyə malikdir. Azərbaycanda da rus icması var və rusdilli məktəblər fəaliyyət göstərir. Proseslər göstərir ki, rusların bu ölkələrdə yaşaması həmin ölkələrin milli təhlükəsilziyini təhdid edə bilər. Gələcəkdə müəyyən problemlərə yol aça bilər. Moskvanın apardığı siyasət və qəbul etdiyi qanunlar məhz bunu deməyə əsas verir”. 

Analitikə görə, Qarabağda da qondarma rus icması Kremlin bu avantürasının nəticəsidir: 

“Rusiyanın Qarabağda “rus icması” faktorundan Ermənistanla Azərbaycan arasında sülh müqviləsinin bağlanmasına qarşı istifadə etməsi mümkün deyil. Azərbaycan aktiv şəkildə Ermənistanla danışıqları Rusiyanı manipulyasiya etməklə aparır. 

Paşinyan da çalışır ki, Moskva proseslərə zərbə vura bilməsin. Rusiyanın rus kartından istifadə etməsi onun regional siyasətini fiaskoya uğradır”.