Bəxtiyar Hacıyev erməni nazirin yalanlarını ifşa etdi: Mnatsakanyan absurd cavab verdi
Ayyət Əhməd
11:50 06.11.2019
Qarabağ
763
"Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan İsveç Beynəlxalq Əlaqələr İnstitutunda Şərq Tərəfdaşlığı mövzusunda çıxış edirdi. Çıxışında Ramil Səfərov mövzusu, onun əfv edilməsi məsələsinə də toxunaraq, elə bir görüntü yaratmağa çalışırdı ki, sanki Ermənistan sülh carçısıdır və münaqişənin həll olunmamasının tək müqəssiri Azərbaycandır".
Sherg.az-ın məlumatına görə, bu barədə məlumatı siyasi fəal Bəxtiyar Hacıyev paylaşıb. O bildirib ki, tədbirdə iştirak edən deputat Asim Mollazadə Minsklə bağlı bir müzakirəyə zarafatla şərh verdi və “Minsk soyuducu istehsal edib, dondurulmuş konflikt verib” dedi və daha sonra erməni XİN-dən xüsusi ilə Xocalıda uşaqların, qadınların və mülki şəxslərin öldürülməsində birbaşa iştirak etmiş Köçəryanın beynəlxalq məsuliyyətə cəlb edilməsinə, məsələnin araşdırılmasına Ermənistanın hazır olub-olmaması barədə sual soruşdu.
“Mnatsakanyan bir az həşir salıb, hay-küylə Azərbaycan tərəfinin də müqəssir olduğunu bildirdi və sonda Azərbaycan tərəfinə xitabən “burada mələk kimi görünməyə çalışmaq lazım deyil” dedi. Sonra mən söz aldım, dedim ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verəndə yaxından izləyirdik və bir çoxlarında müsbət gözləntilər vardı ki, Paşinyan hakimiyyəti Qarabağ mövzusunda konstruktiv, ağıllı davranacaq. Amma biz sizin Vaşinqtonda, Brüssüldə və digər Avropa paytaxtlarında çıxışlarınızla Ermənistandakı çıxışlarınızı dinləyəndə tam əks mənzərə görürük. Birtərəfli çıxış edirsiniz və buralarda sülhdən danışıb, Ermənistanda tam əks addımlar atırsınız”.
Fəal vurğulayıb ki, bu çıxışının ardınca erməni terrorçuların Ermənistanda qəhrəman kimi qəbul edilməsi barədə danışmağına moderator mane olub və suala keçməsini istəyib:
“Suala keçəndə dedim ki, bayaq dediniz mələk kimi təqdim edirsiniz özünüzü, amma siz də mələk deyilsiniz və özünüzü belə təqdim edirsiniz. Hamımıza məlumdur ki, Şərq Tərəfdaşlığının rifahı, təhlükəsizliyi, stabilliyi üçün Qarabağ münaqişəsinin həlli vacibdir. Necə ola bilər ki, Şərq Tərəfdaşlığının bir ölkəsinin baş naziri bütün ölkələr tərəfindən başqa bir Şərq Tərəfdaşlığı ölkəsinin ərazisi sayılan, işğal altında torpaqlara gedib, “Qarabağ Ermənistandır və nöqtə” deyir, Qarabağın Ermənistana birləşdirilməsinə çağırış edir və sülhdən danışır. Bu, sülhə necə töhfə verir?
Mnatsakanyan bir neçə başqa sualı alandan sonra sualıma anlaşılmaz, “Baş nazirimizin Qarabağdakı çıxışı elə onu göstərirdi ki, münaqişənin həlli Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ xalqlarından asılıdır” kimi absurd cavab verdi. Amma sonradan tədbir iştirakçılarının bir neçəsi yaxınlaşaraq, yerində sual verildiyini və cavabın absurd olduğunu bildirdilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol