Gəncəliyevdən BƏYANAT: "Ermənistan hakimiyyətinin saxtakar, çirkin xisləti..."
Ayyət Əhməd
08:50 12.12.2019
Qarabağ
567
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bəyanat yayıb. Sherg.az-ın xəbərinə görə, bəyanatda deyilir ki, torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistan, BMT Baş Assambleyasına “İnkişaf və sülh üçün idman: idman və olimpiya məqsədli dinc və daha yaxşı bir dünya qurmaq” və “sülh mədəniyyəti” adlı bəndləri altında Ümumdünya Şahmat Günü adlı qətnamə layihəsi təqdim edib. Qətnamə layihəsinin əsas qayəsi bəşəriyyəti sülhə, intellektual və mənəvi həmrəyliyə səsləməkdir:
"Göründüyü kimi, Ermənistan bu dəfə də özünü dünyaya “sülhpərvər və həmrəylik tərəfdarı” cilidində təqdim etməyə çalışır. Əslində, bu, Ermənistan hakimiyyətinin saxtakar, ali dəyərlər pərdəsi arxasında gizlənən riyakar, çirkin xislətindən xəbər verir.
Minlərlə soydaşımızın öldürülməsinə, yüzlərlə insanlarımızın erməni əsirliyində dəhşətli işgəncələr altında saxlanılmasına, 20 faiz torpaqlarmızın işğal olunmasına, bir miliyondan çox insanın öz yurdundan didərgin düşməsinə və etnik təmizlənməsinə səbəb olan Ermənistan hansı haqqla sülh və həmrəylikdən danışır və şahmat oyununu öz çirkin məqsədinə vasitə etməyə çalışır?
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qarabağ bölgəsində böyük şahmat ənənələri olub. Təkcə Kəlbəcər və Şuşa şahmat məktəblərində torpaqlarmız işğal olunmamışdan öncə minlərlə yeniyetmə bu zəka oyununun sirlərini öyrənirdilər. Mən də bu yeniyetmələrdən biri idim.
Atamın Şuşa Şahmat Məktəbinin direktoru olması məndə şahmata olan həvəsi daha da artırmışdı. Mən dəfələrlə Dağlıq Qarabağda keçirilən şahmat turnirlərində iştirak etmişəm. Ən böyük arzum isə gələcəyin tanınmış şahmatçısı olmaq idi. Əminəm ki, torpaqlarımız işğal olunmasaydı, Qarabağ şahmat məktəblərinin yetirmələrinin adları dünyanın şahmat birinciləri ilə eyni sırada çəkiləcəkdi.
Ermənistanın işğalı nəticəsində Qarabağın digər ərazilərində olduğu kimi, Şuşa Şahmat Məktəbinin binası da dağıdılmışdır. Təkcə dağıdılmış insan həyatları deyil, gözəl ənənələri olan idman və mədəniyyət ocaqlarının məhvinə səbəb olan Ermənistanın ali dəyərlərdən danışması ikrah hissi oyadır.
Doğrudanmı, Ermənistan hakimiyyəti dünya ictimaiyyətini aldatmağın bu qədər asan olduğunu düşünür?! BMT TŞ kimi nüfuzlu bir təşkilatın qətnamələrini heçə sayan Ermənistanın indi bu ali təşkilatda şahmat günü ilə bağlı sənəd yayması gülünc deyilmi?!
Dünya ictimaiyyəti işğalçı Ermənistanın əsl mayiyyətini tanımalı, sülh və həmrəylik kimi ali dəyərlərin bu ölkənin hakimiyyətində olanlara yad olduğunu başa düşməlidir.
Ermənistandan fərqli olaraq, biz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bəyan edirik ki, öz doğma torpaqlarımıza qayıtdıqdan sonra Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində iki icmanın birlikdə ədalətli və daimi sülh şəraitində yaşaması şəraitində məhv edilmiş şahmat ənənələrini bərpa edəcəyik və dünya bunun şahidi olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya