İcma ETİRAZ ETDİ: "İşğal olunmuş ərazilərimizə qanunsuz səfərlər..."
Ayyət Əhməd
14:10 06.12.2019
Qarabağ
625
Avropa Parlamentinin bəzi üzvlərinin Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərinə qanunsuz səfərlərinə etiraz bildirilib. Bu barədə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından məlumat verilib.
Sherg.az-ın xəbərinə görə, İcma və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nümayəndə heyətlərinin Brüsseldə keçirdikləri görüşlərdə sözügedən məsələ diqqət mərkəzində saxlanılıb.
Avropa Parlamentinin üzvü, Avronestin sədri Andrius Kubilius, Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası əlaqələr Komitəsinin sədr münavini, parlamentari Rasa Jukneviçiene və CEPS-in rəhbəri Karel Lannoo ilə görüşlərdə bildirilib ki, Avropa Parlamentinin bəzi deputatlarının Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa qanunsuz səfərlər etməsi bu qurumun nüfuzuna ciddi xələl gətirir.
Avropa parlamentinin üzvləri qeyd ediblər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə aparılan danışıqları diqqətlə izləyirlər.
Keçirilən görüşlərdə Azərbaycanın Avropanın enerji bazarında oynadığı önəmli rol xüsusi olaraq qeyd edilib. Bildirilib ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan nüfuzu, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində hər iki tərəfdən həyata keçirilən tədbirlər ciddi əhəmiyyətə malikdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya