
Bakı-Tehran münasibətləri yenidən formatlanır -ANALİZ
05:36 02.05.2025
Region
422
Məsud Pezeşkianın səfərinin əsas məqsədi də regionda yaranan yeni geosiyasi çağırışlardan geri qalmamaqdır
"İran Prezidenti Pezeşkianın Azərbaycana rəsmi səfəri və Bakıda səslənən bəyanatlar iki ölkə arasında münasibətlərdə “yenidən yüklənmə” mesajlarını daşıyır".
Bu barədə Sherg.az-a araşdırmaçı-jurnalist, siyasi şərhçi Xəqani Səfəroğlu deyib.
Ekspert bildirib ki, bu səfərin Bəndər Abbas limanında partlayışla başlanan və ulu Şəhriyarın şeiri ilə bitən nəticələri diqqətçəkəndir:

"Prezident İlham Əliyev görüş zamanı və media üçün Bəyanatlarında İran-Azərbaycan əlaqələrinin çoxtərəfli imkanlarını net şəkildə açıqladı. Dövlət başçısı İlham Əliyev Tehrana mesajında bölgədə faydalı əməkdaşlığın siyasi hədə-qorxulardan yox, iqtisadi və ticari əlaqələrdən keçdiyini dolayısı ilə xatırlatdı. Bakı İrana əməkdaşlıq üçün geniş spektr, o cümlədən sərfəli logistika meydanı təklif edir. Məsud Pezeşkianın səfərinin əsas məqsədi də regionda yaranan yeni geosiyasi çağırışlardan geri qalmamaqdır. Vətən müharibəsindən sonra Azərbaycan bölgədə Şərqi və Avropanı birləşdirə biləcək yeni nəqliyyat qovşağına çevrilir. “Gəncə qapısı”ndan başlanan, Arazboyu Naxçıvana, oradan Türkiyəyə və daha sonra Avropaya gedən bu qovşaq Tehran üçün çox vacib əhəmiyyət daşıyır. Pezeşkianın çıxışlarının əsas leytmotivi məhz bu nəqliyyat dəhlizləri idi. Təcriddə olan Tehranın Avropa bazarına qısa yolla çıxması üçün Azərbaycanla əməkdaşlıq mühüm məsələyə çevrilir. “Araz dəhlizi” bu baxımdan cazibədar layihədir".
X.Səfəroğlu vurğulayıb ki, Naxçıvana quru yolu olacaq “Araz dəhlizi” həmçinin İranın Orta Dəhlizə çıxışını təmin edə, beynəlxalq logisitka şəbəkəsinə çıxara bilər:
"Azərbaycan eyni zamanda bu layihə ilə Ermənistanı nəqliyyat qovşağından kənarda saxlayır, İranı yeni geopolitik çağrışları qəbul etməyə vadar edir. Çin, Rusiya, Türkiyənin Cənubi Qafqazda nəqliyyat yolları üzərində təsir imkanları Tehranı “yeni xanə”dən başlamağa məcbur edir. Azərbaycan da bu logistik qovşağın həlledici ölkəsi olaraq öz şərtlərini masaya qoyub. İran üçün regionda təhlükəsizlik çox mühüm şərtdir. Bunun təmin olunması üçün isə dost olmaq istədiyin dövlətin maraqlarını nəzərə almaq lazım gəlir. Azərbaycan-İran münasibətləri bu ötən illərdə nə qədər ziq-zaqlı olsa da, Bakı həmişə İrana yeni geopolitik çağırışlar zamanında “hansısa müttəfiq qonşunun qərarı” ilə hərəkət etməməyi məsləhət bilirdi. Tehranda siyasi dairələr isə 90-cı illərin ab-havasından çıxa bilmirdilər. Hazırda dünya düzəninin yenidən qurulması Cənubi Qafqaz üçün də yeni mənzərə yaradır. Azərbaycan-İran münasibətlərində “yenidən yüklənmə” siyasi maraqların deyil, iqtisadi faktorların önə çıxmasını tələb edir. Tehran bunu yaxşı başa düşür. Prezident Pezeşkian Şəhriyarın şeiri ilə Azərbaycanın bu geopolitik çağırışlarda əhəmiyyətini bir daha nümayiş etdirdi".
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda Milli Sevgililər Günüdür
00:38 30.06.2026
Cəmiyyət
Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı
00:18 30.06.2026
Cənubi Qafqaz
Livan prezidenti: "Ordumuz İsraillə sərhəddə yerləşdiriləcək"
23:59 29.06.2026
Dünya
DÇ-26: Braziliya 1/8 finala çıxıb
23:21 29.06.2026
Futbol
Məmməd İsmayılın doğma kəndində bürüncdən büstü ucaldılıb
22:45 29.06.2026
Ədəbiyyat
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə