
Politoloq: Paşinyan AŞPA-da özünü labirintə saldı
05:26 02.10.2025
Cənubi Qafqaz
535
Əli Oruclu: “Ermənistan baş naziri ikiüzlü siyasət yürüdür”
“Zəngəzur dəhlizi adı dəyişməz, Paşinyanın blefləri keçməz”
Ermənistan Baş naziri Nikol Paşinyan BMT tribunasından sonra AŞPA-dakı çıxışında da "Zəngəzur dəhlizi" ifadəsindən narazılıq ifadə edib. Paşinyan avropalı jurnalistin sualında "Zəngəzur" sözünü işlətməsindən bərk hiddətlənib və kəskin reaksiya verib: "Siz Zəngəzur dəhlizi ifadəsini işlədirsiniz, bunu haradan götürmüsünüz? Ermənistanla Azərbaycan arasında razılaşdırılmış heç bir sənəddə belə bir ifadə yoxdur". Baş nazir bildirib ki, Vaşinqtonda razılaşdırılmış terminologiyadan - "Tramp yolu" adından istifadə olunmalıdır: "Mən öz çıxışımda Vaşinqtonda qəbul edilmiş sənədlərdə olmayan ifadə işlətmirəm. Zəngəzur dəhlizi ifadəsini işlədənlər nə demək istədiklərini aydınlaşdırıb xəritədə göstərəcəklərmi? Buna görə sizi şiddətlə qınayıram". Ekspertlərin fikrincə, Paşinyanın "Zəngəzur dəhlizi" ifadəsinə kəskin reaksiya verməsinin səbəblərini həm daxili, həm də xarici kontekstdə izah etmək lazımdır. Azərbaycan üçün Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas ərazisini birləşdirəcək xüsusi statuslu yol anlamını daşıyır. İrəvan hesab edir ki, bu termin Ermənistanın suverenliyinə "təhdid" yaradır. Digər faktor isə odur ki, erməni müxalifəti və cəmiyyətin müəyyən qismi "dəhliz" məsələsini ölkənin parçalanması kimi görür. Görünür, Paşinyan bu ifadəyə etiraz etməklə özünə qarşı istifadə ediləcək "torpağı güzəştə gedir" ittihamlarından qaçmağa çalışır. Yəni daha güclü təzyiq altında qalmamaq üçün "dəhliz" ifadəsinin işlənməsinə qarşı çıxır. Amma məsələni fərqli şərh edənlər də var. Məsələn, sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov hesab edir ki, Moskvada keçirdiyi brifinqdən sonra Paşinyan Zəngəzur dəhlizi ilə bağlı ritorikasını kəskin şəkildə sərtləşdirib. Keçmiş XİN başçısının sözlərinə görə, Vladimir Putin Paşinyana Donald Trampın layihəsi ilə bağlı nəsə etməyi qadağan edib: "Ermənistanın AB-yə üzvlüyü və Moskvadan uzaqlaşma ilə bağlı söhbətlər sadəcə maskalanmadır. Bu il mayın 9-dakı Moskva paradının fəxri qonağı Paşinyan "sürgün edilmiş kazak" funksiyasını vicdanla yerinə yetirməyə davam edəcək. Paşinyan ancaq bu ərazidə sərhədin demarkasiyası və delimitasiyası ilə maraqlanır".
Politoloq Əli Oruclu da Sherg.az-a bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan heç vaxt sabit, ardıcıl və sistemli siyasət yürütməyib. Ekspertin fikrincə, Paşinyan həmişə hadisələrin axarında gedib:

"Bu da bir siyasətçi kimi onun zəifliyindən qaynaqlanır. Halbuki iradəli və qətiyyətli siyasətçi prosesləri öz xeyrinə dəyişməli, ona özü istiqamət verməlidir. Paşinyana həm daxildən, həm xaricdən ciddi təzyiqlər olduğundan auditoriyaya uyğun mövqe sərgiləyir. Moskvada dediklərini Brüsseldə inkar edir, Vaşinqtonda tamam başqa şeylər söyləyir. Məhz bu səbəbdən özünü də, dövlətini də labirintə salır. Onun AŞPA-dakı çıxışı tam məntiqsiz idi. İstər sülh prosesi, istərsə də Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı təşəbbüslərin ruhuna ziddir. Yanlış fikir formalaşdırma cəhdidir. Baş nazir iddia edir ki, guya "Zəngəzur dəhlizi" termini 8 avqustda Ağ Evdə paraflanan sülh sazişinin şərtlərinə uyğun deyil. Eyni zamanda Konstitusiya dəyişikliklərinə ehtiyac olmadığını deyir. Görünür, erməni baş nazir Qərblə Azərbaycan arasındakı mövcud soyuqluqdan istifadə edərək özünü "konstruktiv və dialoqa açıq siyasətçi" kimi təqdim etməyə çalışır. Həmçinin, Qərbi Azərbaycana qarşı qızışdırır. Ancaq düşünmürəm ki, bu cür bleflər keçsin. Paşinyan nə edir-etsin, dəhlizin adı məhz Zəngəzur dəhlizidir. Cənab Prezident İlham Əliyev tarixə, faktlara söykənərək həmin dəhlizi öz adı ilə adlandırıb. Digər tərəfdən Konstitusiyalarında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının olmasını Paşinyan özü də publik olaraq çıxışlarında etiraf edib. Tez-tez çıxışlarında bəhs etdiyi "Real Ermənistan" Konstitusiyası "xəyali Ermənistan" ideologiyası ruhunda hazırlanıb. Yəni Paşinyan AŞPA-dakı çıxışında faktiki olaraq ikiüzlülük edib və öz-özünü danıb. Ancaq onun bütün cəhdləri əbəsdir. Çünki Ermənistanın Konstitusiya dəyişikliklərinə gedib ərazi iddiaları barədə orda təsbit olunanları aradan qaldırmasından başqa alternativləri yoxdur. Paşinyan indiyədək bir çox məsələlərə olmaz deyirdi, amma oldu".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual