Abbas Əraqçi: İrana istənilən zərbəyə dərhal cavab veriləcək
09:32 28.04.2025
Region
267
İran xarici işlər naziri Abbas Əraqçi İsrail Baş naziri Benyamin Netanyahunun Tehranın nüvə proqramı ilə bağlı təhdidlərinə münasibət bildirib.
Teleqraf xəbər verir ki, o, problemlərin hərbi yollarla həll edilə bilməyəcəyini iddia edib.
“Heç bir hərbi variant və hərbi həll yoxdur, istənilən zərbə dərhal cavab tədbirləri ilə qarşılanacaq”, - Əraqçi deyib.
“Sky News Arabia” yazır ki, İranın ali rəhbərinin (Əli Xameneyi) bir müşaviri də öz növbəsində Netanyahunun İranın nüvə reaktorlarını məhv etməklə hədələməsinin ağılasığmaz nəticələri barədə xəbərdarlıq edib.
Xatırladaq ki, İsrail Baş naziri Benyamin Netanyahu dünən İranın nüvə infrastrukturunun tamamilə ləğv edilməsi çağırışını təkrarlayıb.
Netanyahu bəyan edib ki, İranla yeganə yaxşı sövdələşmə Liviyanın 2003-cü ildə Qərblə bağladığı və nüvə, kimyəvi, bioloji və raket proqramlarından əl çəkdiyi razılaşmaya bənzər, bütün infrastrukturun ləğvi ilə nəticələnən anlaşma olacaq.
“ABŞ ilə sıx təmasdayıq. İran heç bir halda heç bir nüvə silahına malik olmayacaq”, - İsrail lideri vurğulayıb.
Həmçinin Netanyahu qeyd edib: “İran oxunu (Yaxın Şərqdəki proksi qüvvələrini – red.) darmadağın etdik, amma hələ çox işimiz var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət