Şaxta baba və Qar qızlar xəstə uşaqlar üçün damlara çıxacaq

Rusiyanın Moskva şəhərində Şaxta baba və Qar qız xəstə uşaqlara dəstək üçün sürpriz hazırlayacaq.

RİA-nın paytaxtın Mülki Müdafiə, Fövqəladə Hallar və Yanğın Təhlükəsizliyi İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 27-si 60 Şaxta baba və Qar qız Morozovski uşaq xəstəxanasının damına toplaşacaq.

Qeyd olunur ki, “Xilasedicilər günü”nə həsr olunacaq aksiyaya xilasetmə xidməti əməkdaşları qoşulacaq.

Onlar xəstəxananın pəncərələrinə enərək “kiçik xəstələrə stimul vermək üçün saqqallı sehrbaz” obrazı yaradacaqlar.