Karl Marksın məzarına müşahidə kamerası quraşdırıldı

Londanda yerləşən “Hayqeyt” məzarlığının rəhbərliyi alman filosofu, sosioloq və iqtisadçı Karl Marksın qəbri yaxınlığında müşahidə kamerası quraşdırıb.

“The Guardian” xəbər verir ki, kamera quraşdırılması ilə bağlı qərar Marksın qəbrinin vandallar tərəfindən iki dəfə təhqir edilməsindən sonra “Marx Grave Trust” fondu tərəfindən qəbul edilib.

Kamera quraşdırılması qərarı İngiltərədə arxitektura irsinə nəzarət edən “Historic England” təşkilatı ilə də razılaşdırılıb.

Karl Marksın qəbri məzarlıqda videomüşahidə aparılan ilk qəbir olub.