Peskov: "Bir aydan çoxdur həyat yoldaşımı görmürəm"

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov özünün gərgin iş qrafiki və həyat yoldaşının buz tamaşası ilə əlaqədar məşqlərdə iştirak etməsi ilə bağlı bir aydan çoxdur Tatyana Navkunu görə bilmədiyindən şikayətlənib.

“Life” portalı məlumat verir ki, ötən gün həyat yoldaşı və qızının “Yatmış gözəl” buz şousu premyerasında iştirakını izləməyə gedən D.Peskov jurnalistlərin suallarını cavablandırıb.

Putinin sözçüsü bildirib ki, tamaşanın final nömrəsində həyat yoldaşının göyə qaldırılaraq tamaşanın təşkil edildiyi salon üzərində uçuş həyata keçirməsi zamanı həyəcan keçirib.

Dmitri Peskov tamaşanın xətasız bitməsinə görə Allaha şükür etdiyi bildirib.