Nyu-York sakini bir dolların qurbanı oldu

Nyu-Yorkda (ABŞ) katoliklərin Milad bayramı günü 60 yaşlı kişi bir dollara görə öldürülüb.

“USA Today”in polisə istinadən verdiyi məlumata əsasən, Xuan Fresnada adlı şəxs gecə saat 1:30 radələrində dostu ilə Bronksda Üçüncü avenyu ilə gedərkən onlara naməlum şəxslər yaxınlaşıblar. Qarətçilər onlardan pul və qiymətli əşyalarını tələb ediblər. Fresnada və dostu imtina etdikdə isə, hücuma məruz qalıblar. 

Qarətçilərin kişilərdən bir dollar götürərək qaçdıqları bildirilir.

Qeyd edilir ki, Xuan Fresnada ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, o aldığı xəsarətlərdən dünyasını dəyişib.