Dünyada ilk: Su üstündə ölkə... - FOTO

Sistendinq İnstitutu iki il ərzində yeni bir ölkə quracağını açıqlayıb. Bununla bağlı atılan addımlar yalnız sözdə deyil və kifayət qədər ciddidir.

“Sherg.az” “hurriyet.com”a istinadən xəbər verir ki, İnstitutun rəhbəri Joe Quirk minlərlə üzən ölkənin öz qaydalarını təyin edəcəyini düşünür.

J.Quirk “New York Times”a verdiyi açıqlamada deyir: “Dünyada yüz minlərlə insan var ki, hökumətlərin idarəetmə tərzindən narazıdırlar və cəmiyyətə yüksək töhfələr verə bilsələr də, potensialları aşağıdır. Belə insanların özlərinə həmfikir şəxslərlə yaşamaq istəyindən daha təbii bir şey ola bilməz.

Bu ölkə boş siyasətçilərdən və bürokratlardan uzaq olacaq. Azad olmaq istəyən minlərlə insan su üstündəki ölkədə yaşayacaq. Gələcəkdə düşüncə azadlığını müdafiə edən minlərlə insanın belə ölkədə yaşamaq istədiklərini düşünürəm.

2050-ci ilə qədər bu kimi üzən dəniz ölkələrinin daha çox yayılacaq”.