Tarixdə iz buraxan 8 məşhur QADIN

Tarixin hər səhifəsində gələcək nəsillərə ağlı və özünə inamı ilə ilham verən qadınlara rast gələ bilərik.
“Sherg.az” türk mediasına istinadən gördüyü işlərlə dünyada ilklər siyahısına düşən 8 qadının adını açıqlayır:

1.İndira Qandi

Hindistanın ilk qadın baş naziri olan İndira Qandi vəzifəsinə başladığı zaman mübarizə apararaq ölkəsini çətin anlardan qoruyaraq, parçalanmasının qarşısını alır. Uzun illər baş nazir vəzifəsini icra edən Qandi, ikinci baş nazir tituluna da sahib olur.

2. Koko Şanel

Fransız moda dizayneri və "Chanel" markasının qurucusu Koko Şanel "Moda müvəqqətidir, amma stil əbədi qalır" sözü ilə dəbə yeni bir fikir gətirdi.

3. Doroti Hodqin

Nobel mükafatı laureatı Doroti Hodqin xolesterol, penisilin, B12 vitamini və insulinin molekulyar quruluşlarının kəşfçisidir. 35 illik çalışmalardan sonra insulinin quruluşunu həll etməyi bacarıb.

4. Billi Can Kinq

Tarixin ən vacib qadın idmançılarından biri olan Billi Can Kinq tennis dedikdə ağla gələn ilk adlardan biridir. İdmanda cinsi ayrı-seçkiliyə qarşı üsyan qaldıran Billie 67 medal qazanaraq adını tarixiə qızıl hərflərlə yazdırıb.

5. Kleopatra

Tarixin ən əfsanəvi simalarından biri olan Kleopatra "Mənə qarşı bir qələbə qazandırtmayacağam” deməklə qadın gücünün canlı nümunəsinə çevrilib. 9 dil bilən kraliça Kleopatra Roma imperatoru Sezarla birlikdə bütün dünyanı idarə etməyi xəyal edirdi. Lakin İmperator Sezar öldükdə bu məqsədə çata bilmədi və 39 yaşında zəhər içərək həyatına son verdi.

6. Sabiha Gökçen

Türkiyənin ilk qadın pilotu Sabiha Gökçen eyni zamanda Atatürkün mənəvi qızı idi.

7. Mari Küri

Uğurları ilə dünyada tanınan polşalı kimyaçı və fizik Mari Küri Curie Nobel mükafatını alan ilk qadın alim kimi tarixə damğasını vurdu.

8. Susan B. Antoni

Qadınların seçki hüququ uğrunda mübarizə aparan Susan B. Antoni Amerika Qadınları Üçün Milli Səs Dərnəyinin qurulmasına rəhbərlik edib. Çalışmaları ilə qadınlara səs vermək hüququnu təmin edən maddənin konstitusiyaya əlavə edilməsinə nail olub. 1854-cü ildən sonra özünü köləliyin ləğvinə həsr edib.