Vətəndaşın üstündən çıxanlar polisi şoka saldı

Almaniyaya getməyə hazırlaşan türk vətəndaşının üzərindən çıxanlar polisləri heyrətə salıb.
"Sherg.az" "Sabah.com"a istinadən xəbər verir ki, Hannover Hava Limanındakı polis türk sərnişinə məxsus 40 min avro dəyərindəki qızıl və zinət əşyalarına "əl qoyub".
Məsələ ilə bağlı mətbuata danışan Hannover Hava Limanı gömrük mətbuatının sözçüsü Nils Haustein bunları deyib:
"Çamadanların yoxlanılmasından sonra corab və şalvarda gizlədilən qızıl boyunbağı və zinət əşyaları gördük. Bu cür hadisələrlə çox qarşılaşmağa başlamışıq".