Marsda yeni kəşf: Alimlər yeraltı hovuz barədə...



Marsın sirləri bir-bir ortaya çıxır. ABŞ Aerokosmik Agentliyi olan NASA Qırmızı Planetdə yeni bir araşdırmanın nəticələrini paylaşıb.
“Sherg.az”ın “Sabah.com”a istinadən məlumatına görə, Marsda yeraltı göllər əvvəllər düşünüləndən daha çox yayılıb. Ancaq bu göllərlə əlaqəli başqa bir vəziyyət ortaya çıxıb.

NASA əvvəllər Marsda yeraltı hovuz olduğunu bildirmişdi. Ancaq yeni araşdırma vəziyyəti daha fərqli edib. Ötən il Yerdən göndərilən radar siqnalları ilə aşkarlanan hovuzun tək olmadığı üzə çıxıb.

Bu yaxınlarda həmin göllər şəbəkəsi ilə bağlı təəccüblü məlumatlar əldə olunub. Göllərin bəziləri maye şəklində su içə bilməyəcək qədər soyuq bölgələrdə idi.

2018-ci ildə tapılan yeraltı göldən sonra isə keçən il bir-birinə yaxın göllərin olduğu aşkarlandı. Bu göllər Yerdən göndərilən siqnallarla aşkar edilib.