Kasıb atadan 12 milyon lirə miras...

Misirdə ömrü boyu maddi vəziyyətinin yaxşı olmadığı kimi davranan kişinin mirası qohumlarını şoka saldı.
“Sherg.az” “Sabah.com”a istinadən xəbər verir ki, 25 il bir Körfəz ölkəsində işləyən ata ailəsinə çox az pul verirdi və imkanının olmadığı kimi davrandı.
Məlumata görə, kişinin arvadı, oğlu və qızı illərlə maddi sıxıntı içində yaşayıb. Atalarının ölümündən bir ay sonra isə ailəyə bankdan məktub gəlib. Ancaq ailə banka borclu olduqlarını düşünüb. Ölən kişinin oğlu məsələni müzakirə etmək üçün banka gedəndə miras sürprizi ilə qarşılaşıb. Gənc oğlan atasının bankda təxminən 12 milyon türk lirəsi olduğunu öyrənəndə huşunu itirib.